Yazıçıların başıbəlalı əsərləri – Siyahı

Salman Rüşdi, Teodor Drayzer, Əkrəm Əylisli

Salman Rüşdi, Teodor Drayzer, Əkrəm Əylisli

11 fevral 2022
# 17:00

Kulis.az mübahisə doğuran və böyük reaksiyalara səbəb olan əsərlərin siyahısını təqdim edir.

Salman Rüşdi “Şeytan ayələri”

1989-cu ildə İranın Ali dini lideri Ruhulla Müsəvi Xomeyni bu romana görə Salman Rüşdinin ölümü haqqında hökm verdi. Əsərin yazarı və tərcümə edən hər kəsin öldürülməsini bütün müsəlmanlardan tələb etdi. Fətva dini liderin öldüyü günə qədər qüvvədə idi. Məşhur yazar 14 il bu fətvaya görə polis nəzarəti altında yaşadı və heç bir beynəlxalq tədbirə qatılmadı.

Aleksandr Solijenitsin “Qulaq arxipelaqı”

1970-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş rus yazıçı bu romana görə 1974-cü ildə vətəndaşlıqdan çıxarıldı. 1991-ci ildə Qorbaçovun əmri ilə Solijenitsinin sürgün qərarı tamamilə aradan qaldırıldı.

Vladimir Nabokov “Lolita”

Əsrin ən yaxşı yüz romanından biri hesab edilən “Lolita” nəşr olunanda ABŞ-da böyük qalmaqallara səbəb oldu. Yazıçının kariyerasına və reputasiyasına mənfi təsir göstərən roman sonralar bütün Avropada məşhurlaşdı. Pedofiliyanın təbliğinə görə nəşri dayandırılan roman sonralar ABŞ-da nəşr olunmağa başlayır.

Hitler “Mənim mübarizəm”

İkinci Dünya Müharibəsindən təxminən 70 il sonra rekord sayda satılan avtobioqrafik kitab nasizmin təbliğinə görə bütün dünyada qadağan olunmuşdu. Hitlerin kitabını nəşr edən nəşriyyatlar ciddi cəzalandırılırdı.

Teodor Drayzer “Kerri bacı”

Amerikada mentaliteti, əxlaqlı qadın obrazları, “çəhrayı xəyalları” olan cəmiyyətin sosial və ictimai dəyərlərini tənqid edən romanı çap etmək üçün yazıçı on il gözləməli oldu.

Orxan Pamuk “Qar”

Yazarın “ilk və son siyasi romanım” adlandırdığı “Qar” Türkiyədə kürdlərlə bağlı problemləri yenidən aktual etmişdi. 2004-cü ildə Orhan Pamuk bir neçə dəfə cümhuriyyətçilər tərəfindən məhkəməyə verilsə də, yazıçı milliyyətçilərin iddialarını təkzib edib. 2006-cı ildə Nobel mükafatı alan yazıçı hələ də ölkəsində qınaqla qarşılanır.

Elif Şafak “Ata və bic”

Erməni soyqrımını təbliğ edən roman Türkiyədə ajiotajla qarşılandı. Bu əsərin yazılması siyasi sifariş olaraq dəyərləndirildi. Yazıçı bir müddət ciddi tənqidlərə məruz qaldı.

Əkrəm Əylisli “Daş yuxular”

Romanda azərbaycanlı qəhrəmanın erməni kilsəsində şam yandırıb bütün ermənilərə görə üzr istəməliyik ifadəsi mübahisəyə səbəb oldu. Əsərin çapından sonra yazıçının titulları əlindən alındı, kitabları yandırıldı.

# 3670 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər