Xalq rəssamı Cahangir Rüstəmovun oğlu 1960-cı il təvəllüdlü Elşad Rüstəmov mənzilində ölü tapılıb.
Kulis.az xəbər verir ki, onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.