Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında
2 mart 2026
# 16:40

Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, şair Təranə Turan Rəhimlinin tanınmış yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin povest və hekayələrinin toplandığı “Çox kiçikdir bu dünya” kitabına həsr etdiyi məqaləsi Albaniyada nəşr olunan nüfuzlu “Nacional” qəzetində dərc edilib.

Kulis.az xəbər verir ki, araşdırma yazısı əvvəlcə qəzetin saytında yayımlanıb.

Təranə Turan Rəhimli “Zemfira Məhərrəmlinin nəsrində etik diskurs, insan və taleyin poetikası” sərlövhəli məqaləsində müəllifin bədii nəsr yaradıcılığını təhlil edib, onun hekayələrinin səciyyəvi məziyyətlərini diqqətə çatdırıb.

Araşdırmaçı alimin fikrincə, müasir Azərbaycan nəsrində insanın daxili aləmi, mənəvi seçimləri və taleyin fərdi şüurda yaratdığı etik gərginlik və dramatizm getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Z.Məhərrəmlinin nəsri “kiçik dünya” kimi təqdim olunan, fərdi insan müstəvisində formalaşan, lakin mahiyyət etibarilə geniş fəlsəfi və əxlaqi anlamlar daşıyan bədii mətnlər məcmusu kimi seçilir.

Yazıçının əsərlərində adi həyat situasiyaları, məişət detalları və lokal insan taleləri böyük mənəvi konstruksiyaların daşıyıcısına çevrilir; insanın vicdanla münasibəti, məsuliyyət hissi, öz taleyinə passiv itaəti və ya daxili üsyanı poetik bir sistem daxilində təqdim olunur. Zemfira Məhərrəmlinin nəsrində etik diskursun formalaşma xüsusiyyətləri, insan-tale münasibətlərinin bədii-poetik ifadə imkanları və mənəvi problematikanın əsasını təşkil edən estetik mexanizmlər diqqəti çəkən başlıca yaradıcılıq məziyyətləri kimi qabardılır.

Qeyd edək ki, görkəmli ədəbiyyatşünas, şair-publisist Mujo Bucpapajın rəhbərlik etdiyi “Nacional” qəzeti Albaniyanın 10 min tirajla nəşr edilən, Albaniya, Kosovo, Makedoniya və Monteneqronun bütün qəzet köşklərində satılan və nəşrindən sonra hər nömrəsi üç gün ərzində bütün televiziya kanallarında ardıcıl olaraq təqdim edilən beynəlxalq nüfuzlu bir mətbuat orqanıdır. 32 səhifəlik bu ədəbi nəşrin hər nömrəsində dünya ölkələrindən tanınmış yazıçıların, alimlərin və məşhur Avropa jurnalistlərinin yazıları dərc olunur. “Nacional” qəzeti və eləcə də onun saytı Avropanın ən oxunaqlı informasiya mənbələrindən hesab olunur.

# 1139 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər