Yazıçı Vüqar Van kimdir? – Dosye

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

29 iyul 2021
# 13:00

Kulis.az Vüqar Babazadə haqqında məlumatları təqdim edir.

Vüqar Babazadə 2000-ci il avqustun 26-da Lerik rayonunda anadan olub.

2005–2016-cı illərdə Lerik rayon M. Bağışov adına 3 saylı tam orta məktəbdə təhsil alıb.

2016–2020-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin "Fransız dili müəllimliyi" ixtisasında bakalavriat pilləsi üzrə təhsil alıb. 2011–2015-ci illərdə Lerik rayon Z. Tağıyev adına Çayrud Musiqi Məktəbinin "Tar müəllimliyi" ixtisasını bitirib.

2020-ci ildən Vüqar Babazadə imzası ilə mətbuatda dərc olunmağa başlayıb. Qanun nəşriyyatında redaktor və korrektor olaraq fəaliyyət göstərib. Bir sıra məşhur romanların redaktor və korrektorudur.

2021-ci ildən Kulis.az mədəniyyət və ədəbiyyat portalında müxbir olaraq işləyir. Bu portalda 100-ə yaxın publisistik yazısı işıq üzü görüb.

2020-ci ildə "Degenerasiya" adlı romanı çap olunub. 2021-ci ildə "Arxalardakılar" adlı psixoloji romanı işıq üzü görüb. Təhsil Nazirliyinin Ekologiya üzrə Breyn Rinq yarışmasının qalibi olub.

# 3657 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər