Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı
11 iyul 2026
# 12:43

Britaniyalı məşhur aktyor Maykl Uord avtomobilin arxa oturacağında bir qadına təcavüz etməkdə təqsirləndirildiyi ağır cinayət işi üzrə bəraət alıb.

Kulis.az xəbər verir ki, 28 yaşlı aktyor ona qarşı irəli sürülən iki zorlama və üç cinsi qısnama ittihamını rədd edib.

Snaresbruk Kral Məhkəməsində keçirilən yekun iclasda andlılar heyəti aktyoru bütün maddələr üzrə günahsız bilib.

"Hər şey qarşılıqlı razılıqla baş verdi"

Hadisə 2 yanvar 2023-cü ildə Şərqi Londondakı gecə klublarından birində baş verib. Qanuni səbəblərə görə adı açıqlanmayan qadınla həmin gecə tanış olan BAFTA mükafatçısı Maykl Uord məhkəmədə ifadə verərək hər şeyin könüllü olduğunu bildirib:

"Etdiyimiz hər şey tamamilə qarşılıqlı razılıq əsasında olub. Biz birlikdə çox gözəl vaxt keçirirdik".

Məhkəmədə səsləndirilən məlumata görə, "Top Boy" serialında qrup lideri Ceymi obrazı ilə tanınan aktyor qarşı tərəfdən də ona maraq olduğunu hiss edib. O, qadını avtomobilinə dəvət edib.

Uord ifadəsində əlavə edib:

"O, mənə qarşılıq verirdi. Məni özünə tərəf çəkirdi. Mənim üçün bu, dəvətedici bir hərəkət idi və hər ikimiz o andan zövq alırdıq. O, heç vaxt getmək istədiyi barədə heç nə demədi".

Aktyorun sözlərinə görə, hadisədən sonra onlar mesajlaşıblar; o, qadına ürəkli smaylik göndərib, qadın isə ona gecənin qalanını xoş keçirməsini arzulayıb.

Lakin qadın məhkəmədə ifadə verərkən göz yaşlarına hakim ola bilməyib və hadisəni tamamilə fərqli şəkildə nəql edib. O, nə baş verəcəyini bilsəydi, heç vaxt o avtomobilə minməyəcəyini deyib.

Qadın vəkilin hadisənin qarşılıqlı razılıqla baş verməsi barədə sualını qətiyyətlə rədd edərək, "Maykl məni zorladı," - deyə cavab verib.

O, iddia edilən hücum zamanı şoka düşərək tamamilə qapandığını və "yox" sözünü istifadə edə bilmədiyini deyib. Lakin qadın dəfələrlə getməli olduğunu bildirdiyini vurğulayıb. Evə qayıdarkən rəfiqəsi ilə birlikdə cinsi yolla keçən xəstəliklər üçün test dəsti sifariş edib və sənəddə cinsi təcavüzə məruz qaldığını bildirən xananı işarələyib.

Qeyd edək ki, Uord həmin il yanvarın 18-də həbs olunarkən polisə verdiyi ilk yazılı ifadədə də ittihamları rədd edərək intim yaxınlığın qarşılıqlı razılıqla baş verdiyini bildirmişdi.

# 630 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

13:50 25 avqust 2026
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

13:25 25 avqust 2026
Türk dünyasının rəssamları Kapadokiyada

Türk dünyasının rəssamları Kapadokiyada

13:10 25 avqust 2026
Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi

12:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər