Yazıçı heç öz arvadına da lazım deyil - Aqşin Yenisey

Yazıçı heç öz arvadına da lazım deyil - Aqşin Yenisey
27 oktyabr 2023
# 10:23

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Yerli biznes və dövlət adamlarının yerli elm və sənət adamlarına "cib paraziti" kimi baxmaları başa düşüləndir. Yaxın keçmişə qədər bizim elm və sənət adamları, sözün ideoloji mənasında, həqiqətən "büdcə paraziti" kimi yaşayıb-yaradıblar.

Bu parazitik ənənə bu gün də davam edir. Azərbaycan mədəniyyətinin bu kökdə olmasının səbəbi də davam edən bu ideoloji parazitizmdir; verin ki, yazım, verin ki, çəkim, verin ki, bəstələyim və s.

Özünü "elm və sənət adamı" qılığına soxan istənilən şəxs belə düşünür; nə və necə yazıb-yaratmasından asılı olmayaraq iş dünyası və büdcə təşkilatları ona xərac verməlidir.

Dünyəvi prinsip belədir: elm fayda verməli, sənət gözəllik yaratmalıdır.

Reallıq isə göstərir ki, bu gün iş və dövlət adamları nə yerli elmdən faydalana bilir, nə yerli sənətin yaratdığı gözəllikdən zövq alır.

Bu gün Azərbaycanın sənət dünyası biznesmenin və məmurun yalnız bioloji ehtiyaclarını ödəyir; ya kababın həzminə kömək edir, ya da iş stresinin bədəndən spermatazoidlər vasitəsilə çıxarılması üçün ödənişli xidmət göstərir.

Karyerasını Azərbaycan elmi üzərində quran iş və dövlət adamı isə bəri başdan uğursuzluğa düçar olub, özü "İtmiş zamanın axtarışında" adlı poema yazmağa məhkumdur.

Dünyəvi həyatın gəlib çıxdığı yerin şərtləri yalnız faydalılıq prinsipinə əsaslanır. Artıq sənət də elm kimi faydalılıq prinsipinə fokuslanmalıdır. Sənət əsərinin yaratdığı gözəllik insanların praktik həyatında fayda verməlidir.

Fayda deyil, gözəllik yaradan əsərləri müəlliflər öz zövqü üçün yazmalı və toplumdan qiymətləndirmə gözləməməlidir. Onun yaxşı roman yazmağı artıq heç kimə lazım deyil, hamıya lazım olan onun yaxşı reklam cümləsi qura bilməsidir.

Şəxsi təcrübəmdən bilirəm. Bir dəfə bir şirkət üçün iki min işarəlik bir mətn yazmışdım: bu günə qədər heç bir kitabıma o iki min işarəlik yazıya verilən qonorar qədər ödəniş olmamışdı. Şirkət sahibləri o yazını kimin yazdığı ilə heç maraqlanmadılar da. Onlara faydalanacaqları mətn lazım idi, pul xərcələyəcəkləri müəllif yox.

Müəllif evdə heç öz arvadına da lazım deyil. Hamını "emosional ehtiyacları" maraqlandırır.

Belə yaşamaq düzgündürmü, əlbəttə ki, yox! Amma nə edək ki:

Artıq həyatın özü fahişələşib!

# 3639 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər