Yaratdığı abidə ilə erməni şovinistlərini qəzəbləndirən şuşalı heykəltəraş kimdir?

Yaratdığı abidə ilə erməni şovinistlərini  qəzəbləndirən şuşalı heykəltəraş kimdir?
15 iyul 2025
# 10:53

İyulun 15-də heykəltəraş Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 110 il ötür.

Kulis.az bu münasibətlə rəssamın həyatı və fəaliyyəti haqqında maraqlı faktları təqdim edir.

O, 1915-ci il iyulun 15-də Şuşada dünyaya göz açıb, Azərbaycanın tanınmış Qaryağdılar nəslinə mənsub olub. Məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğlu olan Cəlal erkən yaşlarında valideynlərini itirib və nənəsi ilə xalası tərəfindən böyüdülüb.

1927-ci ildə Bakıya köçən Cəlal Qaryağdı Rəssamlıq Məktəbinə daxil olur. Daha sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir, lakin maddi çətinliklər səbəbilə Bakıya qayıtmalı olur. 1930-cu illərdə həm mətbuatda rəssam kimi çalışır, həm də Rəssamlıq Məktəbində dərs deyir. 1940-cı illərdən etibarən ciddi şəkildə heykəltəraşlığa yönəlir.

Onun müharibə dövrü ruhunu əks etdirən əsərləri – təyyarəçi Adil Quliyevin büstü, general-mayor Həzi Aslanovun və snayper Ziba Qəniyevanın portretləri – bu dövrün izlərini daşıyır. Bundan başqa, Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov və Niyazi kimi tanınmış simaların portretləri də sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.

Qaryağdının yaradıcılığında Sabir abidəsinin xüsusi yeri var. 1920-ci illərdə qoyulmuş, lakin tezliklə dağılmış əvvəlki beton heykəl 1958-ci ildə Cəlal Qaryağdının müəllifi olduğu mövcud abidə ilə əvəzlənib.

Heykəltəraşın monumental əsərlərindən biri də Nəriman Nərimanovun abidəsidir. 1970-ci illərdə hazırlanmış bu abidə, heykəlin hündürlüyü ilə bağlı yaranan mübahisələr səbəbilə gündəmə gəlmişdi. Erməni şovinistləri qısqanclıqla Moskvaya donoslar yazırdılar. Nərimanovun heykəlinin Kirovun heykəlindən uca olması Kreml tərəfindən bəhanə edilərək, abidənin postamenti süni şəkildə alçaldılır, beləliklə, kompozisiyanın əvvəlki balansı pozulmuşdu.

Qaryağdının əsərlərinə təkcə Bakıda deyil, bölgələrdə də rast gəlinir. Qazaxda Səməd Vurğunun, Ordubadda Yusif Məmmədəliyevin abidələri, eləcə də Fəxri xiyabandakı Səməd Vurğun məzarüstü abidəsi onun sənətkarlığının nümunələrindəndir.

O, portret, büst, qorelyef və digər janrlarda zəngin irs yaradıb. Onun əsərləri obrazların bədii-plastik həllindəki dəqiqliyi, kompozisiya bütövlüyü və fərdi üslubu ilə seçilir. Öz yaradıcılığına yüksək tələbkarlıqla yanaşması da onu digər sənətkarlardan fərqləndirirdi.

1954-cü ildə "Əməkdar incəsənət xadimi", 1960-cı ildə isə "Xalq rəssamı" fəxri adlarına layiq görülən Cəlal Qaryağdı 2001-ci ildə vəfat edib.

# 1415 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissordan yeni layihə

Məşhur rejissordan yeni layihə

10:40 2 oktyabr 2026
Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

10:20 2 oktyabr 2026
Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər