Xumar Qədimovanın yeni mahnısının təqdimatı keçirildi

Xumar Qədimovanın yeni mahnısının təqdimatı  keçirildi
13 noyabr 2021
# 16:30

Bu gün Əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub.

Kulis.az xəbər verir ki, müğənni bu dəfə “Şuşa” adlı yeni əsər ifa edib. Mahnının sözləri yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, millət vəkili Aqil Abbas, Əməkdar jurnalist İradə Tuncay, akademik Könül Bünyadzadə, jurnalist Zemfira Məhərrəmli, bəstəkar-şair Xanım İsmayılqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və bir çox tanınmış simalar, eləcə də media mənsubları iştirak ediblər.

Tədbiri açılış nitqi ilə şeirin müəllifi Rəşad Məcid çıxış edib. O bildirib ki, 1979-cu ildə 15 yaşında olarkən Şuşaya həsr etdiyi “Cıdır düzü” şeirini yazıb. 12-13 may 2021-ci il tarixlərində Şuada keçirilən “Xarıbülbül” musiqi festivalında olarkən isə şair, 42 ildən sonra Şuşa haqqında yeni şeir yazıb. Müəllif şeiri səsləndirib.

Daha sonra mahnının təqdimatı keçirilib. Tədbirdə Xumar Qədimova da çıxış edib. O bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib:

“Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.

# 2480 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər