Çernobıl AES-in baş direktoru: “Serial gerçəkliyi əks etdirmir”

Çernobıl AES-in baş direktoru: “Serial gerçəkliyi əks etdirmir”
17 iyun 2019
# 15:29

Rusiya Kommunist Partiyasının HBO istehsalı “Çernobıl” serialını qadağan etmək xahişinin ardınca Çernobıl AES-in baş direktoru İqor Qramotkin serial haqda fikirlərini bölüşüb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İqor Qramotkin serialın tarixi gerçəkliyi əks etdirmədiyini söyləyib.

Çernobıl AES-ində 1988-ci ildən işə başlayan və ömrünün 30 ilini Çernobıla həsr edən İqor Qramotkin müəlliflərin hadisələrdə şişirtmələrə yol verdiyini, yersiz halda alkoqolu vurğuladıqlarını və bunu gerçəkliklə üst-üstə düşmədiyini söyləyib.

“O serialda hamı əlində araq dolaşır və dayanmadan içir. Siz düşünürsüz ki, təhlükəsizliklə bağlı əhəmiyyətli qərarları sərxoş halda verirdilər? Çətin vəziyyətlərdə belə likvidatorlar özlərinə içkiyə icazə verməzdilər, çünki vacib qərarlar verirdilər”.

Daha sonra AES-in eks direktoru tunelə düşən çəlpaq şaxtaçılar səhnəsini də tənqid edib.

“Əlbəttə, şərtlər ağır idi. İnsanlar 50 dərəcə istidə işləyirdilər, amma belə göstərmək olmaz".

Qramotkin Çernobıl AES-in zərərsizləşdirilməsini sovet xalqının qəhrəmanlığı kimi qiymətləndirib və bunu layiqincə əks etdirmək gərək olduğunu vurğulayıb.

Xatırladaq ki, “Çernobıl” serialı Çernobıldakı AES-in də baş verən radioaktiv fəlakətdən bəhs edir və serialın ilk seriyaları mayda yayımlanıb.

# 2348 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır

Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır

17:35 19 noyabr 2025
"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər

"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər

16:53 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər