O valideynlər nəyə etiraz etdi? - BİLİK GÜNÜ REPORTAJI

<b>O valideynlər nəyə etiraz etdi?</b> - <span style="color:red;">BİLİK GÜNÜ REPORTAJI
15 sentyabr 2017
# 12:41

Aliyə

Aha! Gözlənilən gün gəlib çatdı! Bunu siz buradan, mənsə bu səhər məktəbə yolunda rastladığım əli buketli birincilərin üzündən oxuyuram. Bu gün ilk dərs günüdür.

Bu cümlədən sonra girişin ilk poetik təsvirini, ya bədii metaforasını verməliyəm. Məsələn belə: Məktəb həyəti çiçəkləmiş payız çəməninə oxşayırdı. Yox olmadı.... Orta məktəbdə yazdığımız inşa ştamplarına oxşayır. Təsvirsiz keçinmək olarmı reportajda? Heç bilmirəm. Bu gün adamlar da, qrafik də, iş də çox sıxdır.

95 saylı məktəbin qarşısındakı qələbəliyin ən sıx yerinə irəliləyirəm. Şagirdlər sinif-sinif sırayla düzülüb. Asanlıqla birinciləri tapıram.

Çoxu ilk dəfə sistemli bir yerdə olduğunun, qaydalara uymalı olduğunun fərqinə varıb və bu gərginlik onların məsum sifətlərini qayğılı edib: Məktəb nəsə ciddi yerdir.

Ümumi qarışıqlıqda nizam yaratmağa çalışan müəllimələr, məktəb işçiləri onların gözündə prosesi daha ciddi edir.

Əlində “mən birinciyəm” yazılan kiçik şüarı bərk-bərk sıxan və gələcək məktəb həyatı məhz bundan asılıdır kimi təntənəli şəkildə yuxarıda saxlayan oğlana yaxınlaşıram: Görəsən, nə sual versəm gərginliyi, həyəcanı azalar?

- Salam. Müəllimənlə tanış olmusuz?

- Rəvan Turan Əliyev! – uca səslə əzbərlədiklərini deyir.

- Yox adını demirdim, müəlliməni soruşurdum. Yaxşı bəs adın niyə iki dənədir?

- İki dənədir.

- Niyə?

- Bilmirəm ki!

Hər uşağın yanında iki valideyn, bir fotoqraf olduğu halda onun sırada tək dayanmasına təəccüblənirəm. Xüsusi dəbdəbə ilə geyinmiş, ənənəvi müəllimə obrazından fərqlənən orta yaşlı xanıma baxıram:

- Sizin övladınızdır?

- Bunlar hamısı mənim uşaqlarımdır. – gülümsəyir. İlk baxışdan müsbət enerji alıram.

- Aha... Müəlliməsiz?

- Ofeliya Babayeva. Bu da mənim birinci sinfim!

Ofeliya müəllimənin üzündə güllər açır. Bu, birdən-birə 30 uşağa sahib olan qadının sevinci. Onu dəqiq hiss edirəm. İşə belə gözəl duyğularla başlamağı xeyli kefimi yüksəldir. Gələcək deyəndə övladının yaşadığı dünyanı, cəmiyyəti düşünən valideyn kimi.

Bu qarışıqlıqda belə sürətli enerji alış verişi...

- A qızım, birinci sinif hardadır?

Bir baba yaşlılara xas aydın, sərrast sual verir. Dünya dəyişib indi. İndi bu sərrastlıq sayılmır:

- Bunlar hamısı birinci sinifdi. Nə bilim hansını deyirsiz? Bir a, bir be, bir ce?

- A-be nədi ay bala? Allah sən saxla!

“Əziz valideynlər, müəllimlər, məktəblilər!...” - Bir müddət mikrofon nizam-intizam yaratmaq üçün istifadə olunur. Balacalar qaydalara uyarkən, böyüklər eşitmək istəmirlər.

Bir də baxıram ki, artıq hər əs öz yerini tapıb, artıq təhsil haqda aforizmlər səslənir: “... elm oxumaq ibadətə bərabərdir.” Qızıl kimi sözlərdir. Xurafat təhlükəsi artan dünyada təhsilin kütləvi təbliğatı üçün əlbəttə.

Yoxsa ki, lap istəyir, hər hansı təhsili pisləyən filosof Diogenin, onun bugünkü davamçılarının fikirləri səslənsin.

Bu güllü-çiçəkli bilik bayramı günündə maarifçilərlə Diogen davamçılarının qarşılaşmasını bu sıxlığa, bu reportaja ancaq mən gətirərəm.

Amma nə etməli... Beyin təsvirdən yorulur. Həm də bu fikirlərin də yeri var.

Düşünməyə başlayan uşaqları məktəbə etibar edirik. Deməli, onların düşüncə tərzi məktəbdən çox asılıdır. Hər bilginin yanına bir şübhə qoymalıdır məktəb. Ki, uşaqlar bilik istemal edib də, düşünməyi yadırğamasınlar. Dünyada və bizdə ilbəil dəyişilən təhsil proqramları, metodlar hamısı bunun üçündür. Uşaqların individuallığını qorumaq. Mürəkkəb məsələdir.

Təbriklərdən, çıxışlardan sonra uşaqlar hissə-hissə məktəbə daxil olur. Birincilərdən biri ağlayır. Direktor özü onu sakitləşdirib çantasını alır. Ana da, məktəb də yanındadır. Qorxma deyə.

Bu qədər insan təhsilin, təhsil almaq istəyən uşaqların arxasında dayanıb. Yoxsa ki, hər şey doğrudan da uşaqlardan asılıdır?

Məktəbin həyətində topa-topa dayanan analar, siz nə deyirsiz? Qəzetə yazacam.

- Sən Allah! Bizi çəkməyin!

# 1871 dəfə oxunub

Oxşar xəbərlər

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
# # #