Sənət adamlarına dövlət təltifləri təqdim olunub - Fotolar

Sənət adamlarına dövlət təltifləri təqdim olunub - Fotolar
4 sentyabr 2019
# 16:01

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə bu gün mükafatların təqdim olunması mərasimi keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi ənənəsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Ümummilli liderin bu müdrik yanaşması Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İnsanın əməyinin qiymətləndirilməsi onun fəaliyyətini stimullaşdırır, yaradıcılıq prosesinə müsbət təsir göstərir. Dövlətimiz yaradıcı insanların işini diqqət mərkəzində saxlayır, əsərlərinin təbliğinə dəstək verir. Ölkə başçısının sərəncamları ilə bu il də görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri geniş şəkildə qeyd olunur, adları əbədiləşdirilir, əsərləri çap olunur. Bütün bunlar ölkə rəhbərliyinin mədəniyyətə böyük sevgisinin göstəricisidir”.

Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib: “Xalq artisti Roza Cəlilovanın Azərbaycan peşəkar rəqs sənətinin inkişafında özünəməxsus yeri var. Roza xanım bu gün ömrünün müdrik çağında da ruhən bağlı olduğu xoreoqrafiya sənətinin gələcəyi üçün çalışır”.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla görkəmli ədəbiyyatşünas, dilçi alim olmaqla yanaşı, oxucuların rəğbətlə qarşıladığı yazıçı-dramaturqdur: “Onun əsərləri ölkəmizin hüdudlarından kənarda da böyük maraqla oxunur. Kamal Abdulla Azərbaycanın malik olduğu multikultural dəyərlərin dünyada təbliğ olunmasında böyük xidmətlər göstərir”.

Nazir yazıçı, ssenarist Natiq Rəsulzadənin 40 ildən çoxdur ədəbi yaradıcılıqla məşğul olduğunu deyib: “Müəllifin əsərləri bir çox dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb, nüfuzlu mükafatlara layiq görülüb. Natiq Rəsulzadənin ssenariləri əsasından çəkilən filmlər tamaşaçılar tərəfindən maraqla qarşılanır”.

Ə.Qarayev Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin rəhbəri, yazıçı Afaq Məsudun bədii yaradıcılığından və fəaliyyətindən söz açıb: “Afaq xanım ədəbiyyatımıza və ədəbiyyatşünaslığımıza dəyərli əsərlər bəxş edən görkəmli ziyalılar nəslinin davamçısıdır. Onun rəhbərlik etdiyi Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin müxtəlif xalqların dillərinə, eləcə də bir sıra dünya müəlliflərinin əsərlərinin dilimizə tərcümə edilərək oxucularımıza çatdırılması istiqamətində təqdirəlayiq işlər görülür. Eyni zamanda Afaq Məsud çağdaş Azərbaycan nəsrinin zənginləşməsinə sanballı töhfələr verir”.

Görkəmli şair, ssenarist Ramiz Rövşənin Azərbaycanın oxucusunun ən çox sevdiyi qələm sahiblərindən olduğunu deyən nazir onun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini yüksək qiymətləndirib: “Ramiz Rövşənin ssenariləri üzrə çəkilən ekran əsərlərinin Azərbaycan kinematoqrafiyasının qiymətli nümunələridir”.

Sonra Əbülfəs Qarayev dövlət təltiflərini mədəniyyət xadimlərinə təqdim edib, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 16-da xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

# 1849 dəfə oxunub

Oxşar xəbərlər

Yubiley törəni:  Kənan Hacı - 50

Yubiley törəni: Kənan Hacı - 50

21:36 4 aprel 2025
Məscid Allahın evi deyil - Ömər Xəyyam

Məscid Allahın evi deyil - Ömər Xəyyam

18:53 4 aprel 2025
Aqşin Yenisey:  "Rahatlıq varsa, yaradıcılıq yoxdur"

Aqşin Yenisey: "Rahatlıq varsa, yaradıcılıq yoxdur"

18:30 4 aprel 2025
Akademik Musiqili Teatrına yeni direktor təyin edildi

Akademik Musiqili Teatrına yeni direktor təyin edildi

18:27 4 aprel 2025
Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

18:00 4 aprel 2025
Xalq artisti Faiq Sücəddinovun vəziyyəti pisləşib

Xalq artisti Faiq Sücəddinovun vəziyyəti pisləşib

17:35 4 aprel 2025
#
#
# # #