Kəramət Böyükçöl açıq məktub yazdı: "Məni başa düşün..."

Kəramət Böyükçöl açıq məktub yazdı: <span style="color:red;">"Məni başa düşün..."
11 aprel 2019
# 13:50

Yazıçı Kəramət Böyükçöl Bakı Dövlət Universitetinin rektoruna açıq məktub yazdı. Kulis.az həmin məktub təqdim edir.

Bakı Dövlət Universitetinin rektoru, hörmətli Elçin Babayevə açıq məktub

Elçin müəllim,

Sizə bir neçə dəfə uzaqdan baxmışam, rəhbərlik elədiyiniz Universitetə tələbə kimi gəlib-getdiynizi görmüşəm. Bu qədər sadə bir insan olmağınız çoxlarına xoş təsir bağışlayır və məndə bir inam hissi var ki, dediklərimi anlayışla qarşılayacaqsınız...

Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 3-cü kursda oxuyandan bəri Universitetin "Bakı Universiteti" qəzetinin muxbir işləyirəm. Kadrlar şöbəsi məni məcbur edir ki, səhər saat 8:30-da gəlib tabelə qol çəkməlisən, axşam saat 5-də də təzədən tabelə imza atmalısan.

Hörmətli rektor,

Jurnalistika azad bir sahədir. Ayda 2-3 dəfə çıxan bir qəzetin müxbiri niyə səhərin gözü açılmamış gəlib redaksiyada oturmalıdır? Üstəlik, 100 illik yubileyinə hazırlaşan bir Universitet qəzetinin redaksiyasında mənim kompüterim yoxdur. İşə gəlib-getmək üçün heç bir mənəvi stimul, maraq hiss etmirəm. Universitetdən aldığım maaşın yarısı övladım üçün aliment tutulur, yarısı isə heç siqaret pulumu ödəmir. Məntiqlə yanaşsaq, siqareti tərgidib evdə oturmaq, işləməmək mənim üçün daha rahatdır. Ancaq mən təhsil aldığım, tələbəsi olduğum Universitetə ürəkdən bağlıyam, ora mənim üçün xatirələr mağarasıdır. Bircə gün heç olmasa, uzaqdan Bakı Dövlət Universitetinə baxmasam, həmin günü yaşanmamış hesab edirəm.

Hörmətli Elçin Müəllim,

Artıq 4 aydır ki, mən Bakı Dövlət Universitetindən maaş almıram. Səhər yuxudan durub marşuruta çatana kimi artıq saat 9-un yarısı olur, 40 dəqiqəlik də yoldur, gəlib çatanda görürəm ki, tabeldə mənim imzamın yerinə qırmızı xətt çəkilib və həmin gün işə gəlməmiş hesab olunuram, beləcə maaşımdan tutulur.

İndi mən nə edim? Jurnalistin işi nədir? Yazı yazmaq. Mən isə yazmaqdan başqa həyatda heç nə bacarmıram. Bəs niyə mənə maaş verilmir? Bulvar idarəsinin rəis müavini işləmiş bir insandan, Universitetin kadrlar idarəsinin rəisindən məni anlamaq gözləmirəm. Bu anlayışı məhz Sizdən, hörmətli Elçin Müəllim, məhz Sizdən, elm adamından gözləyirəm

Mən yazıçıyam. Üç romanım çap olunub və cəmiyyətdə maraqla qarşılanıb. Jurnalist fəaliyyətimə göydə Allah, yerdə Əflatun Amaşov, Aynur Camalqızı, Vüsalə Mahirqızı şahiddir. Bir illik Prezident təqaüdünə layiq görülmüşəm və s.

Hörmətli Elçin müəllim,

Sizdən xahiş edirəm, mənim hesabıma köçməyən 4 aylıq maaşımı bərpa edəsiniz. İş yerimə həvəslə gəlib-getmək üçün mənə kompüter ayırasınız, stol, stul verəsiniz. O kompüterdə universitetə aid yazıları yazandan sonra öz yaradıcılığımla da məşğul ola bilim.

İnanın ki, vaxt gələcək, bu gün Prezident sərəncamı ilə o universitetdə xatirə gecələri, yubileyləri keçirilən adamlardan biri də mən olacam, əmin olun.

Sizdən xahiş edirəm,

Mənim bu qədər incidilməyimə icazə verməyin. Maaşımı bərpa edin. Kompüter, stol, stul verin və məndən yazı tələb edin. Yalnız yazı. Jurnalistdən, yazıçıdan tələb olunan yalnız yazı olmalıdır, səhər saat 9-un yarısı yuxulu-yuxulu gəlib tabelə qol çəkmək yox.

Əks halda, mən işdən öz ərizəmlə çıxmaq məcburiyyətində qalacam. Çox xahiş edirəm, məni belə bir sınaqla üz-üzə qoymayın. İşimi itirməkdən qorxmuram, sadəcə, Universiteti sevirəm.

Dərin hörmətlə, Kəramət Böyükçöl

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #