Ramiz Rövşən: “Oxucularımı sevdindirdiyi üçün prezidentə təşəkkür edirəm”

Ramiz Rövşən: “Oxucularımı sevdindirdiyi üçün prezidentə təşəkkür edirəm”
3 iyun 2019
# 11:40

"Mənə elə gəlir ki, edə biləcəklərimin heç yarısını da etməmişəm. Amma bir təskinliyim var ki, yaza biləcəyimdən pis yazmamışam. Yaza biləcəyimdən az yazmışam, amma pis yazmamağa çalışmışam”.

Kulis.az xəbər verir ki, bu sözləri ATV telekanalına müsahibəsində bir neçə gün öncə "Xalq şairi” fəxri adına layiq görülən Ramiz Rövşən deyib.

Ramiz Rövşənin sözlərinə görə, şairin içində həssaslıq hissi, dünya ilə həmişə ünsiyyətdə olmaq gücü varsa, o heç zaman tükənməməlidir:

"Özümü yüz faiz ifadə etdiyim şeirim yoxdur. Elə bir şey yazsaydım, bəlkə də ondan sonra şeir yazmağa ehtiyac olmazdı. Hər dəfə adama elə gəlir ki, demək istədiyin nəsə qaldı. İnsanı yazdıran da odur. Hər şeir sənin bir şəklin, əhval-ruhiyyən, ovqatındır”.

Şair yaradıcılığına verdiyi qiymətə görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib:

"Fəxri adlar məsələsi zamanı mənə o qədər zənglər oldu ki, zənglər tıxaca düşdü. Məni təbrik edən bütün oxucularıma təşəkkür edirəm. Yaradıcılığıma verdiyi qiymət üçün, məndən daha çox mənim oxucularımı sevindirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Ad alan bütün dostlarımı təbrik edirəm”. /axsam.az/

# 4300 dəfə oxunub

Oxşar xəbərlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

15:00 26 may 2026
Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər