Qələm Nəşr: “Biz xaç şəkli də qoya bilərik” - REAKSİYA

Qələm Nəşr: “Biz xaç şəkli də qoya bilərik”  - <span style="color:red;">REAKSİYA
10 oktyabr 2016
# 15:32

Bu yaxınlarda “Qələm” nəşriyyatının məktəbəqədər dərs vəsaiti “Mən düzgün yazıram” kitab seriyaları çap olundu. Dərslik vəsaitində dini simvolların yer alması reaksiyalar doğurdu.

“Qələm” nəşriyyatının sahibi Pərviz Əyyubov Kulis.Aza açıqlamasında bunları dedi:

“Qələm” nəşriyyatı müstəqil bir nəşriyyatdır. Biz dərslik vəsaitlərindən əlavə uşaq ədəbiyyatı nümunələri də çap edirik. Yanlış bir məlumat yayılmışdı ki, biz dini kitablar yayımlayırıq. Dini kitablar 5-dən çox olmaz bizim nəşriyyatda. Qaldı ki, məktəbəqədər dərslik vəsaitlərindəki dini simvollara. Yenə dediyim kimi, biz müstəqilik. Nazirliyin təsdiqi ilə olsaydı bu kitablar, biz yığışdırardıq. “Mən düzgün yazıram” müstəqil bir işimizdir. Bunu qəbahət kimi görənlər, özləri bilərlər. Ancaq biz dini təbliğat aparmırıq və son vaxtlar dini ədəbiyyat buraxmırıq. Xatırladım ki, “Qələm” nəşriyyatında Elçin Hüseynbəylinin “Don Juan” romanı da uşaqlar üçün çap edilib. “Don Juan” romanı da başdan-ayağa erotikadır. 5-10 faiz dini kitablarımız var, vəssalam. Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatı çox az oxunub. Biz nəşriyyat olaraq bu məsələni həll etmək istəyirik. Azərbaycan yazarlarının, adını çəkdiyim Elçin Hüseynbəylinin əsərlərini uşaqlar üçün uyğunlaşdırırıq. Uşaq ədəbiyyatından sonra böyüklər üçün də kitablar çap etməyi düşünürük. Məktəbəqədər dərslik vəsaitlərimiz isə bizə məxsusdur. Mən o kitablarda kilsəni də qoya bilərəm, lap elə xaçı da qoya bilərəm. Bu problem deyil. Amma düzünü deyim, araqla seks rəsmi qoymaram”.

# 2595 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər