Nazirlik kino müsabiqəsinin şərtlərini niyə dəyişdi? - Rəsmi

Nazirlik kino müsabiqəsinin şərtlərini niyə dəyişdi?  -<span style="color:red;"> Rəsmi
19 mart 2019
# 10:59

“Əvvəldən sənədli və animasiya filmləri müsabiqəsi də nəzərdə tutulmuşdu. Sonradan vaxt itirməmək üçün müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq. Çünki vaxt məhduddur, ayrı-ayrı müsabiqələr xeyli zaman alacaq, filmin hazırlıq, istehsal prosesi uzun zaman alacaq”

Bu sözləri Kulis.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Elşad Ərşadoğlu nazirliyin elan etdiyi kinossenari müsabiqəsinə olunan dəyişikliklərlə bağlı açıqlamasında söyləyib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin elan etdiyi kinossenari müsabiqəsinin şərtlərinə görə, əvvəldən yalnız tammetrajlı bədii film layihələrinin qəbulu bildirilsə də sonradan qısametrajlı, sənədli və animasiya ssenarilərinin də qəbulu haqqında şərt əlavə olunub. Həmçinin bundan əvvəlki elanda seçilmiş qalib ssenarilərin istehsalının C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına sifariş olunacağı haqda bənddən “Azərbaycanfilm” sözü çıxarılıb.

“Format genişləndiyi üçün “Azərbaycanfilm”i qeyd etmək olmaz. Bəlli məsələdir ki, cizgi film və ya sənədli film "Azərbaycanfilm”də çəkilmir. Lakin bu bədii tammetrajlı layihələrin hamısının “Azərbaycanfilm”ə veriləcəyi anlamına gəlmir. Bədii və digər film layihələri digər dövlət və özəl studiyalara da sifariş oluna bilər. Lakin bu haqda danışmaq tezdir, bu, sonrakı mərhələdir. İndi qarşıda duran ssenari seçimi məsələsidir. Filmlərin harada çəkiləcəyi gələcək mərhələdə həll olunacaq.”

Elşad Ərşadoğlunun sözlərinə görə, qalib ssenariləri seçəcək komissiyanıın tərkibi bəllidir:

“Münsiflər heyəti təsdiq olunub. Yaşlı, orta və gənc yaşda olan kino mütəxəssislərindən ibarət səkkiz nəfərlik heyətdir. İndiki mərhələdə heyətdə kimlərin olması haqda məlumat gizli saxlanılacaq. Bunu müsabiqənin obyektivliyini qorumaq məqsədilə edirik” – deyə nazirliyin sözçüsü izah edib.

# 3902 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər