Hitlerə simpatiyam var – Trierdən QEYRİ-ADİ SİTATLAR

Hitlerə simpatiyam var – Trierdən <span style="color:red;">QEYRİ-ADİ SİTATLAR
24 iyun 2017
# 12:00

Kulis.az Günel Zadehin tərcüməsində zəmanəmizin dahi rejissoru Lars fon Trierdən maraqlı sitatları təqdim edir.

1. Hər şey cəhənnəmə doğru gedir, ancaq istənilən halda biz gülümsəməliyik

2. Həqiqi dəyərlər əzab doğurur. Nəticədə biz melanxoliyanı daha gerçək görməyə meyl edirik. Melanxoliya çalarlarını özündə ehtiva etmək üçün musiqi və incəsənətə üstünlük veririk. Beləliklə də melanxoliya özü özlüyündə bir dəyərdir. Bədbəxt və qarşılıqsız sevgi xoşbəxt sevgidən daha romantikdir. Çünki, bunun gerçək olduğunu düşünmürük, elə deyil? Həsrət həqiqət deməkdir. Bəlkə də uzun-uzadı davam edən heç bir gerçəklik yoxdur, lakin həsrət özü həqiqətdir. Eynilə ağrı kimi. Biz onu içərimizdə hiss edirik. Bu gerçəkliyimizin bir parçasıdır.

3. Əgər siz qıcıqlandırmaq istəyirsizsə özünüzdən daha güclü birini qıcıqlandırın, əks halda öz gücünüzü hədər edəcəksiz.

4. Düşünürəm ki, cinsəllik təbiətə ən yaxın varlıq olan insanın bir parçasıdır. Və təbiət bir növ təhlükəlidir, bəli, əgər sən təbiəti sivilizasiyaya qarşı qoysan, təbiət tamamilə bir qorxudur.

5. Kimisə şahmata və ya geyinməyə məcbur etmək mənlik deyil, lakin əgər seçimi siz özünüz etmək istəyirsizsə, məncə bir yol vardır: qaydalara əməl etmək.

6. Əgər kimsə məni vurmaq istəyirsə onda çox gözəl, buyursun. Ancaq xəbərdar etməliyəm ki, mən bundan həzz ala bilərəm. Buna görə də bu düzgün cəza üsulu deyil.

7. Rasionallıq azalarsa dünya darmadağın olar.

8. Düşünürəm ki, hekayəni necə daha təsirli yolla danışmaq və ya filmə necə tamaşaçı auditoriyası yığmaq haqqında fikirləşməkdənsə hər birimizin bu mühitə nəsə bir şey verməyimiz daha önəmlidir.

9. Ümumiyyətlə, mən həyatda hər şeydən qorxuram, film çəkməkdən başqa

10. “Antixrist” filmində baş verən idrak terapiyası mənim bəzi vaxtlar istifadə etdiyim terapiya formasıdır və bu, sizin qorxularınızla üzləşməyiniz üçündür. Xüsusilə demək istəyirəm ki, filmin terapiya ilə bağlı olan hissəsi gülməlidir, çünki, terapiyanın bu forması haqqında məlumatı olan adamlar biləcək ki, həmin xarakter bir axmaqdan daha artıqdır.

11. Öz filmlərim məni dəli edir. Ən əsası da yeni çəkdiyim filmlərim. Ancaq mən onlara neçə illərdir baxmıram. Bu ona bənzəyir ki, sənin yeni uşağın olur, sən bu uşağa görə dəli olursan, ancaq bir neçə il keçdikdən sonra soruşursan: “Bu uşağın adı nə idi?”

12. Mən çox narahat bir insanam, lakin kamera ilə qəribə şeylər edəndə bu narahatlıqların heç biri olmur.

13. Ola bilsin ki, digər insanlarla fərqim odur ki, həmişə gün batanda daha çox şey tələb etmişəm.

14. Mən dünyada ən yaxşı film rejissoruyam.

15. Hər şeydən çox, pislikdə daha çox obraz var. Pislik görüntüyə daha çox əsaslanır, halbuki, yaxşılığın heç bir yaxşı obrazı yoxdur.

16. Düşünürəm ki, aktyorlarla işləmək bir qədər aşpazın kartof və ya ət parçası ilə işləməsi kimidir. Sən kartof və ya ət parçasına baxmalısan ki, görəsən tərkibində nələr ola bilər. Səhv metaforadan istifadə etdiyimi bilirəm. Düşünürəm ki, mənim işim kartofun orada olduğunu görmək və oradan onların şərtləri altında işləmək olur.

17. Mənim filmlərim hərəkət illüziyası yaratmaq üçün ard-arda çəkilən minlərlə şəkil ətrafında cəmləşib .

18. Mən şeylərə nəzarət etməyi xoşlayan adamam, əgər onlara tamamilə nəzarət edə bilmirəmsə onda onlara heç cür nəzarət etmərəm.

19. Seksin iksiri sevgidir.

20. Mən Hitleri anlayıram... Ona bir qədər simpatiyam var.

21. Pislik sizə dartmaq üçün daha çox ip verir. Ancaq deməliyəm ki, mən heç vaxt pisliyin psixologiyası ilə zərrə qədər də maraqlanmamışam, ola bilsin ki, mən pisliklə yox insanların qaranlıq tərəfləri ilə maraqlanmışam.

22. Bağda işləməyi sevirəm. Mən həqiqi bir təbiət adamıyam. Bacardığım qədər təbiətdə çox vaxt keçirirəm. Orada özümü təhlükəsiz hiss edirəm.

23. Bilirəm ki, məni öldürə biləcək ən azı on şey demədən üç saat bir insanla bir yerdə ola bilmərəm.

24. Kommunizm barəsində çox romantikəm, ancaq bilirəm ki, dəhşətli şeylər baş verib.

25. Yazıq bir xristian olduğumu deyə bilərəm; inanclı deyiləm. Həyatımın erkən vaxtlarından belə fikirləşirəm ki, Yer üzərində olan həyat, təbiət və ya insan mərhəmətli Allah tərəfindən yaradıla bilməz .

26. Mən qadın deyiləm. Gəlin, bu fikri aydınlaşdıraq. Bilmirəm, bəlkə də eləyəm. Mən bir amerikan qadınıyam. Və ya 65 faizim elədir.

# 1253 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
# # #