Yazılmasa da hamının əməl etdiyi qaydalar - SİYAHI

Yazılmasa da hamının əməl etdiyi qaydalar - <span style="color:red;">SİYAHI
23 sentyabr 2016
# 14:26

Kulis.Az ictimai yerlərdə yazılmasa da mütləq əməl olunan qaydaları təqdim edir.

Marketdə növbəniz çatıbsa belə sizdən sonralarda dayanan və əlində ancaq bir şey olan adama mütləq yol verməlisiniz.

Avtobusda yer vermək. Lakin ifrata qaçmadan. Qadın hamilədirsə, ya da sərnişin yaşlıdırsa, ya da uşaqlıdırsa mütləq ona yer vermək gərəkdir.

Böyüklərin yanında siqaret çəkməmək daşlaşan etiketlərimizdən biridir. Düzdür, onlarla araq içirik. Nə olsun?! Qadağa siqaretə aiddir.

Avtobusda tanış adamın pulunu vermək gərəkdir. Düzdür, bu qayda çoxlarını yorub. Amma verməsəniz də düz çıxmır. Yaxşı ki, avtobuslara kart sistemi gəldi. Bu qayda bir azdan yox olacaq.

Qadınların yanında söyüş söyməmək də milli adətimizdir. Hamının anası-bacısı var.

Kişilər toya ağ köynək, qara şalvarda gedir. Bu qayda o qədər ənənəviləşib ki, işə bu qiyafədə gəlsəniz sizdən soruşacaqlar: Axşam toy var?

Teatrda popkorn yeməmək. Düzdür, teatrdan ötrü ölən xalq deyilik. Amma gedənlər də yemir. Kinoda isə başqa bir mənzərə yaranır. Sırf popkorn yemək üçün dostlarına qoşulub filmə gedən adamlar var.

Birinci xanımın əl uzatması qaydası da yazılmayan qaydalardır. İzahata ehtiyacı da yoxdur.

Son siqareti götürmək olmaz. Çünki son siqaret son güllə kimidir. Bəzən son siqaretə ehtiyac son gülləyə ehtiyacdan heç də az olmur.

Stolda siqaret çəkən varsa külqabıya heç nə atılmaz. Çox da geniş yayılmasa da siqaret çəkənlərin konstitusiyaya salmaq istədikləri bir qaydadır.

Pivə içməyən noxud da yeməz. Araq içməyən turşuya qonmaz. İçən adamların məşhur qaydasıdır.

Yeməyin yanında ayran, ya da meyvə şirəsi varsa onu da yeməyin son tikəsinə qədər saxlamalı, son tikə ilə son qurtumu içməli. Bu qaydaya hamımız əməl edirik. Amma heç harda yazılmayıb.

Hesab gələndə tualetə getmək olmaz. Burda başa düşülməməli bir şey yoxdur. Pulunuz yoxdursa belə bunu deyə bilərsiz. Tualetə getmək bicliyi yaxşı qəbul olunmur.

Adam arasında qulaqlıq taxmaq olmaz.

İctimai nəqliyyatda ayaqları aralayıb oturmaq olmaz.

Arxadan gələn üçün qapını tutub saxlamaq lazımdır.

Kafe və restoranda təksinizsə 7-8 nəfərlik stollarda oturmaq olmaz.

# 2136 dəfə oxunub

Oxşar xəbərlər

Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər