“Elşad Barat Anara dedi, mənim Allahımsan...” – AYB-dən açıqlama

“Elşad Barat Anara dedi, mənim Allahımsan...” – AYB-dən açıqlama
18 iyun 2019
# 15:58

“Bu gün Elşad Barat AYB-yə gəlmişdi. Anar müəllimlə görüşdü. Ona müsbət münasibətini bildirdi, dedi, siz mənim Allahımsız, öl desəniz, ölərəm, qal desəniz, qalaram, siz mənim bütümsünüz.”

Bu sözləri Kulis.az-a açıqlamasında AYB katibi Rəşad Məcid Elşad Baratın üzvlükdən uzaqlaşdırılması məsələsi ilə bağlı mətbuatda dolaşan söz-söhbətdən danışarkən bildirib:

“Anar müəllim də dedi, üzrxahlıq bildirsən və fikirlərində peşmançılığını dilə gətirsən, AYB-nin növbəti katiblik iclasında məsələyə baxarıq.”

Rəşad Məcid daha sonra bunları deyib:

“Amma Çingiz Abdullayev Elşadı məhkəməyə verməyə hazırlaşır. Ona görə də biz belə qərara gəldik ki, Çingiz müəllimin məhkəməsi sona çatsın, ondan sonra Elşadın AYB-yə qayıdıb-qayıtmayacağını müzakirə edək. O, birlikdə qalmaq istədiyini təkidlə arzulayır.”

AYB katibi açıqlamasında şair Salam Sarvanın onun haqqında yazdığı sərt fikirlərə də münasibət bildirib:

“Çox təəssüf edirəm ki, vaxtilə gözəl şeirlər yazmış Salam Sarvan indi vodkanın əsiridir. Onun nankorluğu barəsində əfsanələr dolaşır. Kamal Abdulla, Anar, AYB Salam Sarvana çox kömək edib, amma o onlara qarşı nankorluq edib. Məncə, belə adama baş qoşmağa dəyməz. Salam gənc yazıçılara araq içirdir. Onların psixologiyasına təsir göstərir. Orxan Həsənini, Rəvan Cavidi, digər gənc yazarları Salam Sarvandan uzaq durmağa çağırıram. O yolun sonu yoxdur.”

# 4617 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər