Kafkanın azərbaycanca nəşri Frans Kafka muzeyinə hədiyyə edildi

Kafkanın azərbaycanca nəşri Frans Kafka muzeyinə hədiyyə edildi
14 may 2015
# 15:47

Tərcümə Mərkəzinin Praqa Kitab Sərgisinə qatılmış nümayəndə heyəti Frans Kafkanın muzeyində olub. Kulisin məlumatına görə mərkəzin direktoru Afaq Məsud muzeyin əməkdaşlarına Kafka yaradıcılığının ilk dəfə 1996-cı ildə Azərbaycan oxucusuna tanıtdırılması istiqamətində görülən işlərdən danışıb.

O, Tərcümə Mərkəzinin “Dünya ədəbiyyatının korifeyləri” seriyasından nəşr etdiyi “Frans Kafka” kitabını muzeyə hədiyyə edib.

Kafkanın sirli dünyasını unikal vasitələrlə – yazıçının əyintili görümü ilə göstərən şəhər mənzərələri, məşhur “Hökm” hekayəsinin baş qəhrəmanı Georq Bendemanın özünü çaya atdığı körpü, addımladığı əyilmiş evlərlə dolu küçələrin xronikası, Kafka ağrıları saçan sarımtıl əlyazmalar, əsərləri əsasında hazırlanmış video-çarxlar, obrazlarının tərcümeyi-halı toplanan simvolik rəflər, nişanlı və sevgililərinin fotoları, müxtəlif illüziya elementləri ilə labirint təəssüratı yaradan üçmərtəbəli bina, muzey ziyarətçilərinə yazıçının həyatı və şəxsiyyəti barədə böyük bilgilər verir.

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər