Problemlə üzləşəndə ortaya çıxan 9 XARAKTER

Problemlə üzləşəndə ortaya çıxan <span style="color:red;">9 XARAKTER
21 dekabr 2016
# 16:12

Kulis.az problemlə üzləşən zaman ortaya çıxan 9 məşhur xarakteri təqdim edir.

1. Xərclə problemi qarışıq salanlar

Image result for Ayaqqabısı cırılıb

Ayaqqabısı cırılıb. Özünə dərd eləyir. Biri lazımdı anlatsın ki, ay qardaş, ayaqqabının cırılması xərcdir, problem deyil. Sənin maaşın cırılan ayaqqabını təzələməkdən daha vacib hansı məsələyə yönələ bilər. Cırılan ayaqqabı olsun!

2. Problem axtaranlar

Image result for nevrosteniya

Övladları qardaşının maşınında rayona gedib. İş yerində o yana-bu yana var-gəl edir. Altını isitmir. İki dəqiqədən bir qızına zəng vurur. Hardasız? Necə gedirsiz? Axırda iş yoldaşı dözməyib deyir: “Niyə bu qədər həyəcanlısan?” Cavab unikaldır: “Deyirəm, birdən qəzaya-zada düşərlər!”

3. Özünü itirənlər

Image result for panik

Paniklə içəri girir. Uşağın qızdırması qalxıb. A kişi, bir dayan. Uşağın qızdırması qalxar də! Parasetamol verərlər, keçər. Uzağı təcili yardım çağırarlar, balaca bir iynə vurular. Özünə nə əl qatmısan? Uşağın qızdırması enəcək, sənin qan təzyiqin yox! Sən ondan pis gündəsən.

4. Həddindən artıq nikbin olanlar

Image result for pozitiv

Yaxını xəstədir, müalicəyə pul tapmır, onun əvəzinə sən narahatsan. Çayxanada oturub armudu stəkanda bulanıq çayı elə hövsələ ilə sümürür ki, deyirsən, insanın orta ömrü 60-70 yox, 250 ildir. Geniş vaxtımız var. Arada söz atıb qırışığını açmaq istəyirsən, özü sənə təsəlli verir: “Yaxşı olacaq?” Və gülümsəyir. Nə yaxşı olacaq? Ümumiyyətlə, niyə yaxşı olmalıdır? Yaxşı heç nə görünmür axı. Heç olmasa bir ümid yeri göstər, birlikdə inanaq. Vecinə deyil... Özünə təzədən çay süzür...

5. Həddindən artıq bədbin olanlar

Toyda-şənlikdə də eyni açılmır. Hər şeyin ən bəd tərəfini düşünür. Bu iş düzəlməz, o adam geri qayıtmaz, o müdir heç vaxt düz deməz, o həkim bizi aldadar, o mal saxta çıxar. Yaxşı heç nə yoxdur. Ən qatı ekzistensialist bunun yanında şükürlüdür. İnsan elə yetim, elə kimsəsizdir ki, yanında qu desən, qulaq tutular. Düzəlməz! Bu dünya düzəlməz! Belə gəlib, belə gedəcək!

6. Dərdini bildirənlər

Image result for konuşan adam

Bir az da sadəlövhdür. Hər şeyi danışır. Düşünmür onu ələ salarlar, dalınca danışarlar, söhbətlərindən bezərlər. Amma bu ürəyi açıqlığın faydası da var. İçini boşaldır. Başqasını yükləmək hesabına olsa da...

7. Dərdini hər vəchlə gizlədənlər

Image result for konuşmaz

Bir şey yoxdur, vallah! And da içir. Yalansa... Guya uşaq-zadıq. Özünü hamıdan ağıllı sayır. Guya heç kimin ağlına, məsləhətinə ehtiyacı yoxdur. İmkan düşən kimi gözlərini bir nöqtəyə zilləyib sifət sallayır. Arada elə dərindən ah çəkir, elə bil belorus təkəri boşalır. Ağzını da bıçaq açmaz. Ay balam, adamın ağlına cürbəcür şeylər gəlir. Bəlkə elə üzləşdiyin problem bu qədər əzaba dəyməz? Bir məsləhətə nə deyirsən?

8. Problemini deməyə utananlar

Image result for utancaq

Məsələ açılanda əməlli-başlı qızarırlar da! Nə olub, ay sağolmuş? Adamın başına iş gələr. Burda utanılası nə var? Xəstələnir - atasından utanır, pulu qurtarır - sevgilisindən. Maşını yolun ortasında qəfil xarab olanda az qalır siçan deşiyini satın ala. Bir yandan da siqnal səsləri. Vacib sənəd-sünəd itiribsə intihar-zad eləyər. Tay-tuşları ona-buna nömrə gəlir, utanmır, bu utanmağa dəxli olmayan şeylərdən köynək-köynək tər tökür. Allah ağıl-fikir versin.

9. Məzələnənlər

Bunlar haqda atalar sözü də var: Araz aşığındandı, Kür topuğundan. Allahın bəxtəvər bəndələridir. Hər şeylə mırt tuturlar. Ev yoxdur – məzə, iş yoxdur – məzə! Sevgilisi atır – məzə, dostu tərk edir – məzə! Xəstələnir – məzə, sağalır – məzə! Məzə ki, məzə! Buddistlər yaxşı deyir: həyata necə yanaşsan, elə o cürdür. Ağlı olan ən ağır problemdən də gülüş çıxarda biləndir. Üstəlik sənə də pozitiv enerji verər. Özündən asılı olmadan deyərsən: “Üzün həmişə gülsün!”

# 2604 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər