“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar

“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
17 oktyabr 2019
# 18:00

“Bir şeir” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Kulis.azın baş redaktoru Şərif Ağayar açdı, münsiflər heyətinin üzvlərini, iştirakçıları, qonaqları salamladı, müsabiqə haqqında ümumi məlumat verdi.

Münsiflər heyəti adından tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusifli çıxış edərək yarışmada iştirak edən şeirləri analiz etdi.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid Kulisin ədəbiyyat fəaliyyətini və eyni zamanda “Bir şeir” müsabiqəsini çox yüksək qiymətləndirdiyini və onluğa düşən şairlərin içindən yeni imzalar tapdığını qeyd etdi.

Çıxışlardan sonra mükafatlandırma mərasimi başladı.

İlk mükafat yarışmanın layk qalibi Sonuncu Orxana təqdim edildi. “Libraff” Mağazalar Şəbəkəsinin piar meneceri Sərxan Rüstəmov iştirakçıya 50 manatlıq kitab kartı hədiyyə etdi.

Üçüncü yerin qalibləri – Malik Atilay və Elvin Bakiroğluna mükafatı münsif, şairə Səhər Əhməd, ikinci yerin qalibi Alik Əlioğluna tənqidçi Cavanşir Yusifli təqdim etdi.

Birinci yerin qalibi Fərid Hüseynin mükafatını “APA Group”un rəhbəri Vüsalə Mahirqızı təqdim etdi və təqdimatdan əvvəl Kulisin fəaliyyəti və yarışma haqda ürək sözlərini söylədi.

Sonda qaliblərlə xatirə şəkli çəkildi.

Xatırladaq ki, müsabiqə sentyabrın 16-dan elan olunmuşdu, əsər qəbulu oktyabrın 10-dək davam etdi. 200-dən çox iştirakçı şeirlərini göndərdi və yalnız şərtlərə uyğun olan şeirləri seçilərək həm Kulis.azda, həm də Kulis.azın Facebook səhifəsində yayımlandı.

Seçilmiş şeirlər ekspertlər qrupu tərəfindən seçilərək münsiflərə təqdim olundu. Aqşin Yenisey, Cavanşir Yusifli, Məti Osmanoğlu, Səhər Əhməd, Zahir Əzəmətdən ibarət münsiflər heyəti 20-liyi müəyyən etdilər. Daha sonra 20-lik əsasında 10-luq müəyyənləşdi.

Eyni zamanda Kulisin xüsusi mükafatına görə, Facebook səhifəsində layk yarışması keçirildi, ən çox layk toplayan şeir qalib seçildi.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer – 500 manat

İkinci yer – 300 manat

Üçüncü yer – 200 manat

# 8830 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

İncəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq

17:30 14 noyabr 2025
Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində

Müğənnilər narahat olmalıdırmı? - Süni intellektin yaratdığı mahnı “Billboard” zirvəsində

17:20 14 noyabr 2025
Katibə işlədi, əsərləri 100-dən çox dilə tərcümə edildi - Uşaqların sevimli yazıçısı

Katibə işlədi, əsərləri 100-dən çox dilə tərcümə edildi - Uşaqların sevimli yazıçısı

17:10 14 noyabr 2025
Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

17:05 14 noyabr 2025
Ledi Qaqa: "Məni heç vaxt bu qədər sevməyiblər..."

Ledi Qaqa: "Məni heç vaxt bu qədər sevməyiblər..."

16:30 14 noyabr 2025
Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi

Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi

16:15 14 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər