Sosial şəbəkələrdə bunlara mütləq əməl edin - 10 Etik Qayda

Sosial şəbəkələrdə bunlara mütləq əməl edin - 10 Etik Qayda
17 iyul 2019
# 12:12

Sosial şəbəkə insanlara geniş ünsiyyət imkanı yaradır: müsahibinə səs, foto, mətn göndərə və ya səsli ya görüntülü zəng edə, onu uyğun bildiyin postlarda işarələyə, divarına yaza bilirsən. Bu imkanlar insanların rahatlığını pozmamalı, etik çərçivədən çıxmamalıdır.

Kulis.az bu günlərdə Facebookda məsələnin gündəmə gəlməsini nəzərə alaraq, sosial şəbəkələrdə yerinə yetirilməsi vacib olan bəzi etik qaydaları təqdim edir.

1. Vatsapda olduğunu görsəniz belə, gec saatlarda insanlara görüntülü zəng etmək, və ya səsli mesaj göndərmək etik deyil. Əgər çox vacibdirsə, qabaqcadan yazıb icazə istəməlisiniz. Səs və ya görüntü atmaq çox vacibdirsə, öncədən üzrxahlıq etmək ədəbdəndir.

2. Adamları vatsapda və ya digər şəbəkələrdə hansısa mövzu ilə əlaqədar qrupa salır, daha sonra gec saatlarda 3-4 nəfər öz söhbətlərini edirlər. Adətən bunu məktəbli valideyn qrupları edir. Yolverilməzdir! Unutmayın sizin azadlığınız başqasının azadlığı başlanan yerdə məhdudlaşır deyimi virtual dünyaya da aiddir.

3. Adamın xəbəri, razılığı olmadan onun şəklini sosial şəbəkələrdə paylaşmaq və ya onu hansısa şəklə, məkana işarələmək olmaz. Bəlkə o, bu şəklin yayılmasını istəmir? Və ya harda olduğunu kimsənin bilməsini istəmir? Bunları nəzərə alın. Düzdür, işarələmək məsələsini istifadəçi özü tənzimləyə bilər. Amma yenə də bu etik sayılmır.

4. Səsli ismarıc göndərərkən müsahibinizin bunu dinləmək imkanı olub-olmadığını soruşun. Səsli ismarıc göndərərkən o saat cavab gözləməyiniz yersizdir. Adam səs-küylü yerdə, başqalarının yanında, teatrda, tədbirdə, iclasda ola bilər. Yaxud, qulaqcığı olmaya bilər. Ümumiyyətlə, səsli mesaj müxtəlif problemlər yarada bilər. Ailəcə avtomobildə getdiyiniz, telefonunuzdan musiqilər dinlədiyiniz vaxt, dostunuzun göndərdiyi, eyni musiqi qutusuna düşmüş səsli mesaj səslənə bilər və pərtlik yaradar.

5. Ünvanlı fikirlərinizi bütün vatsap, facebook, instagram əhlinə oxutdurmaq ən azı məntiqsizlikdir. Auditoriyanı nəzərə alın. Şəxsi söhbətlərinizə başqalarını kurs edib “Mənə nə?” dedirtməyin.

Image result for facebook

6. Əgər bu, sizin ilk ünsiyyətinizdirsə, yaxşı olar, mətnli ismarıc göndərəsiniz. Və ora yersiz smayliklər qoymaq, məhrəm işarələr göndərmək uyğunsuzdur. “Ürəyim”, “canım”, “əzizim” sözləri hər kəsə deyilməz.

7. Özəl şəkilləriniz hamıya açıq paylaşıb sonra şərh yazanları qınamayın. Məsələn, ayaqlarınızın şəklini çəkib Fb-yə yerləşdirmisinizsə, “Xanım, nə gözəl ayaqlarınız var” şərhini özünüz istəmisiniz.

8. Adamların icazəsi olmadan, dünyalarını dəyişsələr belə şəxsi söhbətlərinin skrinini paylaşmaq yolverilməzdir. İnsan ölən kimi onun inboksu lentə çıxırsa, yumşaq desək, dostları kədərini ifadə etmək üçün düz yol seçməyib.

9. Ümumiyyətlə, şəxsin razılığı olmadan onunla bağlı məsələləri ictimailəşdirmək, şəxsi ismarıcları sübut kimi təqdim etmək qəbahətdir. Hətta istintaq belə əldə etdiyi materialları gizli saxlayır.

10. Auditoriyanı nəzərə alın. Əgər ictimai fiqur və ya siyasi lidersinizsə, paylaşımlarınız publik, auditoriyanız genişdirsə, xüsusən diqqətli olun. Şəxsi və ailə fotolarınızı, postlarınızı “ailə və yaxınlar üçün” seçimi ilə tənzimləyin. İnsanların sizdən istədiklərini və gözlədiklərini nəzərə alın. Hamı sizin istirahət və ya yemək fotolarınıza baxmağa borclu deyil.

# 4761 dəfə oxunub

Oxşar xəbərlər

"Üzüklərin hökmdarı"nın  Qandalf və Frodosu geri qayıdır

"Üzüklərin hökmdarı"nın Qandalf və Frodosu geri qayıdır

17:49 18 avqust 2025
İrlandiyalı  yazıçı Fələstin Hərəkatına dəstəyini davam etdirəcəyini açıqladı

İrlandiyalı yazıçı Fələstin Hərəkatına dəstəyini davam etdirəcəyini açıqladı

16:05 18 avqust 2025
Məşhur filmin loqosunun müəllifi 103 yaşında vəfat etdi

Məşhur filmin loqosunun müəllifi 103 yaşında vəfat etdi

15:45 18 avqust 2025
Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayan  yazıçı  - Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayan yazıçı - Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

15:00 18 avqust 2025
"Sən gedəndən anam..." - Nuran Yaqub

"Sən gedəndən anam..." - Nuran Yaqub

14:50 18 avqust 2025
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək

14:32 18 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər