Azərbaycan bəstəkarı şərəfinə beynəlxalq müsabiqə keçirilir

 Azərbaycan bəstəkarı şərəfinə beynəlxalq müsabiqə keçirilir
6 fevral 2018
# 17:22

Bu ilin əvvəlində Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə birinci “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin rəsmi açılışı olub.

Müsabiqənin təşkilatçısı bəstəkarın qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyilə başlanılıb.

Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması və təbliğidir ki, bu da musiqiçilərə Nyu-Yorkun məşhur “Carnegie Hall” məkanında çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Müsabiqədə iştirak üçün musiqiçilər öz çıxışlarını onlayn təqdim etməlidirlər. Bu, yol xərci ödəmədən musiqi yarışında iştirak etməyə imkan yaradır. Müsabiqənin sonunda məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyətinin seçdiyi qaliblərə pul mükafatları veriləcək. Qaliblər 2018-ci il noyabrın 17-də “Carnegie Hall”a mükafatlandırma mərasiminə və qala-konsertə dəvət ediləcəklər. /azertag.az/

# 2203 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər