Xanlar Əhmədov: “Tağıyevin heykəli tuncdan hazırlanacaq”

Xanlar Əhmədov: “Tağıyevin heykəli tuncdan hazırlanacaq”
6 sentyabr 2019
# 17:01

“Tağıyevin heykəlinin nə vaxt quraşdırılacağı bilinmir, hələlik layihə eskiz səviyyəsindədir”.

Bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyətində məsul şəxslərlə görüşdən sonra heykəlin hazırlanmasına başlanılacaq: “Heykəl özü tuncdan, postament isə qara qranitlə qırmızı qranitin qarışığından olacaq. Əgər heykəlin yeri dəyişməsə, ölçüsü 3 – 3,5 metr, pyedestal isə 1 – 1,5 metr hündürlükdə olacaq. Yəni əzəmətli bir iş alına bilər”.

Heykəlin hazırkı yerinin onu qane edib-etmədiyini cavablandıran heykəltəraş qeyd edib ki, əgər heykəl üçün həmin yer seçilibsə, ona uyğun da heykəl hazırlanmalıdır: “Mən müsabiqəyə üç formada heykəl təqdim etmişdim: Tağıyev oturan yerdə, ayaq üstə və bir də faytonda. Amma Tağıyev ayaq üstə variantı seçildi”.

X. Əhmədov qeyd edib ki, müsabiqənin mükafat fondu yoxdur. O, əlavə edib ki, hələlik layihənin smetası bilinmir.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

# 4057 dəfə oxunub

Oxşar xəbərlər

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

16:22 26 may 2026
Diktaturaya boyun əyməyən yazıçı - Ona niyə toxuna bilmədilər?

Diktaturaya boyun əyməyən yazıçı - Ona niyə toxuna bilmədilər?

15:30 26 may 2026
"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

15:00 26 may 2026
Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər