Kulis.az Roland Fişmanın “Yaradıcı yazının sərhədləri” kitabından seçmələri təqdim edir.
Henri Miller: “Hər gün ən gözəl instiklərimizi qətlə yetiririk. Buna görə də usta birinin yazdığı sətirləri oxuyub mənimsəyəndə, təptəzə hislərimizi boğurmuş kimi canımız ağrıyır, çünki öz gücümüzə, öz həqiqətimizə və gözəllik prinsiplərimizə inancımız yoxdur. Hər insan sükuta dalanda, özünə qarşı axıra qədər dürüst olanda ən dərin həqiqətləri ifadə edə bilər. Hamımız bu mənbədən bəslənirik. Şeylərin mahiyyəti ilə bağlı heç bir sirr yoxdur. Bütün krallar, ozanlar, musiqiçilər – hamımız yaradıcılığın bir parçasıyıq; sadəcə özümüzü açmaq, onsuz da bizdə olanı kəşf etməyimiz lazımdır.”
Mesajı: Hamımız yaradıcıyıq
Gerald Brenan: “Adam hər səhər oturub yazmaqla yazıçı olur.”
Mesajı: Yazmaq haqqında düşünmək, yazmaq haqqında danışmaq, yazmaqla bağlı narahat olmaq yazmaq deyil.
İsak Dinesen: “Hər gün bir az yazıram, ümid etmədən və ümidsizliyə qapılmadan”
Mesajı: Yazmaq həyat tərzidir.
Cozef Konrad: “Sənə hiss etdirmək, sənə duyurmaq... sənə göstərmək. Bütün iş budur, vəssalam.”
Mesajı: Əsas məsələ hekayənin hissi tərəfidir.
Con Bredşou: “Bir iş görülməyə dəyərlidirsə, pis görülməyə də dəyərlidir.”
Natali Qoldberg: “Kainatdakı ən zibil şeyi də yazmaqda azadsınız.”
Mesajı: İlk nüsxəni yazarkən, yaxşıdı, pisdi, düşünmə, sadəcə yaz.
Peter Veyr: “İşin böyük hissəsi şüur altında görülür.”
Mesajı: Güc şüur altındadır.
Piter Elbou: “Kəsəsi, az qala hamının başladığı yerə geri qayıtdıq: yazmaq prosesi qarşısındakı çarəsizliyə. Çünki bu proses anlaşılmaz qaydalarla işləyir. Biz onun gücünə tabeyik, o bizimkinə yox.”
Mesajı: “Yaradıcı prosesə nəzarət etmək olmur.”
Ernest Heminquey: “...narahat olma. Əvvəllər də yazmısan, yenə yazacaqsan. Əsas iş həqiqi bir cümlə yazmaqdır. Bildiyin ən həqiqi cümləni yaz.”
Mesajı: “Narahat olma və dəbdəbədən uzaq ol.”
Rey Bredberi: “Həqiqət – sürətdədir. Nə qədər tez ürəyini boşaltsan, nə qədər tez yazsan, o qədər dürüstsən. Düşüncə – yavaşlamaqdır. Gecikmək isə həqiqət çatmaq yerinə üslub cəhdlərini yaradır; həqiqət isə ən böyük üslubdur.”
Mesajı: “Qoy qələm düşünsün.”
Heminqueydən Fitsceralda: “Bir səhifəlik sənət üçün heç bir zibilə oxşamayan doxsan səhifə yazıram.”
Mesajı: “İlk nüsxənin keyfiyyətinə nəzarət etmək olmur, kontrol edə bildiyi ancaq uzunluğudur.”
Vilyam Strunk JR. və E.B Vayt: “Ən böyük müəlliflər – Homer, Dante, Şekspir – fərqli olanla maraqlandıqları və ancaq yazılmağa dəyər detalları yazdıqları üçün uğur qazanıblar.”
Mesajı: “Tanrı detallardadır.”
Bob Dilan: “Ən sağlam düşüncə ilk ağla gələndir.”
Mesajı: “İlk düşüncənin dalğasına düş.”
Cosef Kempbel: “Tullan. Məsafə qorxduğun qədər böyük deyil.”
Mesajı: “Cəhd elə.”
Vilyam Stefford: “Gördün yaza bilmirsən, standartlarını aşağı sal və davam elə.”
Mesajı: “Heç vaxt qüsursuz olmayacaqsan.”
Viktoriya Nelson: “Yaradıcılığın ən hərarətli yerində bir səhv tapan, detalçı, başımızın üstünü kəsdirən tənqidi səsimiz qədər diqqəti dağıdan heç nə yoxdur.”
Mesajı: “İçindəki redaktoru öldür.”
Konfutsi: “Nə qədər yavaş getməyiniz vacib deyil, əsas odur ki, dayanmayın.”
Mesajı: “Davam edin.”
Devid Mamet: “Oğlan qıza “nə gözəl paltarın var” deyər, “altı həftədir sevişmədim” deməz.”
Mesajı: “İzahat vermə.”
Albert Enşteyn: “Fantaziya bilgidən daha önəmlidir.”
Mesajı: “Xəyal qur.”
Henri Miller: “Həmişə birinci işin yazmaq olsun. Dostlarla görüşək, musiqiyə qulaq asmaq, kinoya getmək həmişə sonra gəlsin.”
Mesajı: “Yazmağı prioritetə çevir.”
Höte: “Hər nəyi bacarırsansa və bacardığını xəyal edirsənsə, onu etməyə başla. Cürətdə düja, güc və sehr var.”
Mesajı: “Yazıya bağlan.”
Anonim: İndi oxuduğun da daxil olmaqla, heç bir qayda universal deyil.
Tərcümə etdi: Qismət
Sim-sim.az