Nəsiminin ikrah doğuran şəkilləri – Filoloq yazır...

Nəsiminin ikrah doğuran şəkilləri – Filoloq yazır...
6 sentyabr 2019
# 14:30

Bildiyimiz kimi bu il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölkədə “Nəsimi İli” elan olunub. Bu sərəncamla əlaqədar Nəsimi yaradıcılığına dair elmi konfranslar və ədəbi tədbirlər keçirilir. Keçirilən bütün silsilə tədbirlər Nəsimi irsinin təbliği, yaradıcılığının daha geniş kütlələrə çatdırılması məqsədi daşıyır.

Bəllidir ki, belə tədbirlərdə ənənəvi olaraq portretlər, bannerlər hazırlanır. Nəsiminin son illər sosial mediada paylaşılan şəkilləri ikrah hissi doğurur. Belə ki, Sovet dövründə kitablardan, dərsliklərdən, televiziya proqramlarından tanış olan Nəsimi bu gün üz-gözü qadın kimi boyanmış şəkildə təqdim olunur.

Qeyd edək ki, ölkəmizdə olduğu kimi, digər türk dövlətlərində də Nəsimi anadan olmasının 650 illiyi münasibətilə yad edilir və tədbirlər keçirilir. Belə olan təqdirdə Azərbaycan mediasında təqdim olunan şəkillər digər ölkələrdə də yayılır.

Kiçik bir haşiyə çıxım: Hazırda “Təhsil müəssisələrində İ.Nəsimi irsinin tədrisi və təbliği məsələləri”ni araşdırıram. 1955-ci ilin VIII sinif Ədəbiyyat müntəxəbatında Nəsiminin şəklinə baxıram, bir də son illərdə yayılan şəkillərinə. Düzdür, o illərdə təqdim olunan şəkil də Nəsimini tam əks etdirmir, amma ən azından ikrah hissi doğurmur.

Nəsiminin portretini yaradarkən, şairin öz əsərlərinə, Q.Bürhanəddinin, Əhmədinin (XIV əsr divan şairi, Anadolu) və b. təsvir etdikləri “Nəsimi “cismi-sima”sının diqqətə alınması məqsədəuyğun olar.

Nəsimi bütün parametrlərilə - yolu, əqidəsi, hətta ölümü ilə belə KİŞİLİK MƏKTƏBİdir. Onun kimi bir dahini günümüzün psixoloji xəstəliyinə tutulanlara bənzətmək Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, milli dəyərlərimizə xəyanətdir.

Aidiyyatı dövlət orqanlarından – Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və digər məsul qurumlardan bu problemin aradan qaldırılmasını xahiş edirik.

Biz Nəsimini bu cür görmək istəmirik.

Odlar yurdundan çıxıb dünyanı insanlığa çağıran, dinindən, dilindən və irqindən asılı olmayaraq insanlığa dair düşüncələr, ümumbəşəri ideyalar yayan biri bu cür şəkilləndirilə bilməz.

Azərbaycan müstəqil dövlətdir və öz milli dəyərlərinə sahib çıxır. Ümid edirəm ki, adlarını çəkdiyimiz qurumlar bu problemi tezliklə aradan qaldıracaqlar. Əks təqdirdə ölkə rəhbərliyinə müraciət ünvanlanacaq.

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru

# 13592 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər