Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi yekunlaşıb

Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi yekunlaşıb
4 iyun 2019
# 18:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən keçirilən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb.

Müsabiqənin sonuncu günü, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti reallaşıb.

Mükafatlandırma mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdırıb. Təşkilat Komitəsinə, pedaqoqlara təşəkkür edərək gənc iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Münsiflər heyətinin sədri, Xalq artisti Murad Hüseynov müsabiqənin yüksək səviyyədə keçdiyini söyləyib. Bildirib ki, ölkəmizdə çoxsaylı beynəlxalq festival və müsabiqələr sırasına daha bir uğurlu layihənin qoşulması əlamətdar hadisədir. Həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimiz bu müsabiqələrdə öz bacarıqlarını nümayiş etdirir və özlərini təsdiq edə bilirlər.

Daha sonra hər yaş kateqoriyası üzrə I, II, III yer, laureat və xüsusi diplom olmaqla qaliblər mükafatlandırılıblar.

Tədbir müsabiqə qaliblərinin qala konserti ilə davam edib.

Qeyd edək ki, 16 yaşına qədər iştirakçılar arasında dörd yaş kateqoriyasında (9-10; 11-12; 13-14; 14-16 yaş) keçirilən müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələri və musiqi kolleclərinin tələbələri iştirak ediblər. Musiqi yarışmasında ölkəmizlə yanaşı İsrail, Çin, Rusiya, Avstriya və Ukraynadan ümumilikdə 90 iştirakçı istedadını nümayiş etdirib. Müsabiqədə gənc istedadları Xalq artisti, pianoçu Murad Hüseynovun sədrliyi ilə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freydən (Almaniya) ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirib./azertag.az/

# 3605 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər