Salma Hayekdən etiraz: “Bizi görməmək cahillikdir”

Salma Hayekdən etiraz: “Bizi görməmək cahillikdir”
20 may 2015
# 12:36

Eyni işi gördüyü halda qadınların kişilərdən daha az pul qazanmağına etiraz edən Patrisiya Arquette və Meril Stripə Salma Hayek də qoşulub. Kulisin Radikal.com.tr-ə istinadən verdiyi xəbərə görə, Kann festivalında Qızıl palma budağı uğrunda müsabiqəyə çəkildiyi “Nağıllar nağılı” filmi ilə qatılan Salma Hayek kino sənayesində qadınların həmişə ikinci plana atılmasını tənqid edib.

O, deyib ki, qadınlar porno və moda sənayesindən başqa sahələrdə kişilərlə ayaqlaşa bilmir: “Yalnız bu sahələrdə daha çox pul qazanırlar. Rüsvayçılıqdır. Pul hər şeyi idarə edir. Bəs biz nə edə bilərik? Həm pul qazandıran, həm də qadından sui-istifadə etməyən filmlər çəkə biləcəyimizi göstərə bilərik! Göstərməliyik!”

“Bəs bu yorucu olmazmı?” sualına Hayek: “Həm də necə, yaxşı bir ssenari tapana qədər insan o qədər çox oxuyur, pul tapana qədər insan o qədər qapı döyür ki, işə başlayanda artıq halı qalmır, amma olsun, biz qadınlar həmişə mübarizə etmişik, etməyə də davam edəcəyik”,- deyə cavab verib.

O, kino sənayesinin qadınlara cinsi ayrı-seçkiliklə yanaşdığını söyləyərək: “Bizi maliyyə gücü olaraq görməmək böyük cahillikdir”,-deyib. Hayek qadın rejissorların azlığından da şikayətlənərib: “Bizi sadəcə romantik komediya sevər kimi tanımağın bir məntiqi yoxdur. Kinoda ağıllı hekayələr dinləmək istəyirik. Bizi gerçəkdən anlayan, hiss edən hekayələr istəyirik. Qadın rejissor da azdır”.

# 2351 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər