Musiqi və rəqslərimiz Stokholmun mərkəzi parkında

Musiqi və rəqslərimiz Stokholmun mərkəzi parkında
22 aprel 2019
# 10:11

İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqslərini nümayiş etdiriblər.

Həmişəki kimi İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.

Türk diasporunun üzvilərinin giriş sözü ilə başlayan tədbirdə iştirak edən İsveç-Azərbaycan Dərnəyinin üzviləri də çıxış ediblər. Dərnək üzviləri ölkəmiz haqqında məlumat verərək, Azərbaycanda uşaqlara və onların hüquqlarının qorunmasına mühüm önəm verildiyini qeyd ediblər.

Tədbirin bədii hissəsində yerli ictimaiyyətə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan “Naz eləmə” və “Nəlbəki” Azərbaycan milli rəqsləri böyük marağa səbəb olub.

Tədbirdə, konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş ediblər.

Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış “Tumurcuq” Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzviləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər. Milli geyimlərdə olan teatr iştirakçıları Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıblar. /azertag.az/

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

"Modern Talking" qrupunun üzvü Bakıda

"Modern Talking" qrupunun üzvü Bakıda

16:05 9 may 2026
Elza Seyidcahan:  "10 ildir festivallara eyni adamları çağırırsınız"

Elza Seyidcahan: "10 ildir festivallara eyni adamları çağırırsınız"

14:35 9 may 2026
İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

14:08 9 may 2026
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

13:08 9 may 2026
Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı

Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı

12:30 9 may 2026
"Afife Teatr Mükafatları" nın qalibləri açıqlandı

"Afife Teatr Mükafatları" nın qalibləri açıqlandı

12:00 9 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər