Nura Suri: “Dünyaya uşaq gətirməkdən qorxardım”

Nura Suri: “Dünyaya uşaq gətirməkdən qorxardım”
8 fevral 2016
# 09:00

Kulisin kitabla bağlı suallarını müğənni Nura Suri cavablandırır.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablarda hansılardır olub? Nələr qalıb yadınızda?

- Uşaqlıqdan kitab oxumağı sevirəm. Bəlkə də gözümü açandan evimizdə kitab gördüyüm üçün belədir. Babam ədəbiyyatçı olub, dayılarım, xalalarım müəllim olublar. Rəhmətlik dayım Rasim Mirzoev alimdir.

Mən orta məktəbi Azərbaycan bölməsində oxusam da hələ uşaq vaxtından bədii əsərləri rus dilində mütaliə edirəm. Çünki o dövrdə Azərbaycan dilində tərcümələr çox deyildi, ona görə məcburiyyətdən rus dilində oxuyurdum.

- Heç kitab oğurladınızmı?

- Yox. Evimizdə o qədər kitab olub ki...

- Şəxsi kitabxananız vardırmı?

- Əlbəttə var.

- Orada sevmədiyiniz yazarların kitabı varmı?

- "Sevmədiyin yazıçı” cümləsi xoşuma gəlmir. Sadəcə hələ anlamadığımız yazıçılar var. Yəni onları anlamaq üçün vaxt lazımdır.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Yox. Qalmayıb.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Yadımda deyil. Amma oxumağı da, yazmağı da sevmişəm.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Vərəqin ucunu qatlayırdım. Hərdən kitabın arasına qoymaq üçün əlfəcindən istifadə edirdim. Çünki vərəqi qatladığıma görə evdə danlayırdılar.

- Şeir əzbərləyirsiniz?

- Bəli. Hətta bədahətən şeir də yazırdım. Bu yaxınlarda da “Həvvan olum” mahnısının sözlərini yazmışam. Amma hərdən olur belə hallar, ilham pərisi gələndə.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yadıma gəlir, Dümanın əsərlərini oxuyurdum. Rəşad Nuri Güntəkinin də əsərlərini sevirdim. Uzun müddət Mopassanın hekayələrinin təsirindən çıxa bilməmişəm.

- Kitab bağışlamısınızmı?

- O qədər bağışlamışam ki... Amma bəziləri də kitablarımı oxumaq üçün götürüb qaytarmayıblar. Sevdiyim kitabları itirmək mənim üçün böyük itkidir.

- Uşaqlarınıza nağıl oxuyurduz?

- Gözümü açandan mənim üçün nağılı nənəm oxuyub.

- Sizcə müğənni ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Dəxli yoxdur müğənnidir, ya polis. İnsanda bu həvəs varsa oxuyacaq, o qabiliyyəti yoxdrursa oxumayacaq.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Bu yaxınlarda Suad ləqəbli bir yazıçının “Diri-diri yandırılmış” əsərini oxumuşam. Öz başına gələn hadisələri yazıb. Düzdür, o yazıçı kimi o qədər də güclü deyil, amma hadisə təsirlidir.

- Kitab oxuyan adam görəndə nə düşünürsünüz?

- Atam kitabları avtomobilində saxlayır, anamı gözləyəndə oxuyur. Boş vaxtından səmərəli istifadə edən insanlardan çox xoşum gəlir. Mən təyyarədə oxumağı sevirəm.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Bizdə də belələri çoxdur, amma əfsuslar olsun ki, çoxu efirdə deyil. Peşəkar aparıcılar evdə oturub.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yazıram. Əvvəllər day.az saytı üçün məqalələr yazırdım. Sonra “Livejournal”da bloqum var idi. Orda kitab üçün cızma-qara edirdim. Beş-on ilə bir kitab çıxaracam, mütləq.

- Hansı ədəbi qəhrəmana bənzəmək istərdiz?

- Bənzəmək istədiyimi deyə bilmərəm. Teodor Drayzerin “Kerri bacı”sının qəhrəmanına bənzəmək istəməzdim. Karolinada nankorluq vardı. O əsəri 13-14 yaşımda oxumuşdum.

- İşlədiyiniz mühitdə kitab oxuyan çoxdur, ya oxumayan?

- Ətrafımda oxuyanlar çoxdur.

- Sizi qorxudan kitab olub, varsa hansıdır?

- Ən çox təsir edən, bəlkə də qorxudan Xalid Hüseyninin “Çərpələng uçuran” kitabıdır. Allah heç kəsə göstərməsin. Ümumiyyətlə oğlan uşaqlarına qarşı çox həssasam. Üç oğul övladım var. Yaxşı ki, Əfqanıstanda doğulmamışam, yoxsa dünyaya uşaq gətirməkdən qorxardım.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Çingiz Abdullayev, Elçin Səfərov, Ramiz Rövşən, Baba Pünhan, Həmid Herisçi, Elxan Qaraqan, Əsəd Qaraqaplan və başqaları. Çoxdur.

- Svetalan Aleksieviçi tanıyırsız?

- Əlbəttə tanıyıram. Ötən il Nobel mükafatı alan Belarus yazıçısıdır. Atamda onun kitabları var, hələ oxumamışam, amma oxumaq fikrim var.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Hər gün Qurani-Kərim oxuyuram.

- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.

- Tamaşaçılara nə sözüm olacaq, onsuz da oxuyan oxuyacaq, oxumayan da oxumayacaq.

# 1356 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #