Xumar Qədimova Nəsiminin qəzəlinə mahnı oxuyacaq

Xumar Qədimova Nəsiminin qəzəlinə mahnı oxuyacaq
21 oktyabr 2019
# 10:57

Xumar Qədimova Nəsimin “Neylərsən” qəzəlinə musiqi bəstələyib

Bu barədə Kulis.az-a açıqlama verən müğənni bildirib ki, zaman-zaman bir çox şairlərimizin şeirlərinə mahnı bəstələsə də Nəsimi yaradıcılığı həmişə onun üçün aktual olub.

“Mənim ifamda dinlədiyiniz mahnılar, əsərlər bir günün içərisində yaranmır. Bunlar hamısı illərdir içimdə doğulub, mənimlə yaşayıblar. Uzun illər mən tez-tez dəyərli şairlərimizin yaradıcılığına müraciət etmişəm. Nəsimi də neçə vaxt idi mənim içimdə, ürəyimdə idi. Çox istəyirdim ki, onun bir qəzəlinə musiqi bəstələyim, ifa edim. Nəsiminin ən çox sevdiyim qəzəllərindən biri “Neylərəm”dir. Amma mən onun adını öz bəstəmdə “Dilbəra” qoymuşam. Əslində, başqa bir şairin əsərini bəstələyirdim. Amma “Nəsimi ili” olduğu üçün “Dilbəra” bəstəsini xüsusi olaraq tamamlayıb ifa etdim. Şükürlər olsun ki, çox sevdiyim bir qəzəli nəğməyə çevirdim. Möhtəşəm kompozisiya, gözəl bir iş alındı. Mahnının klip çəkilişləri də artıq başa çatıb. Çalışmışam ki, öz düşüncələrimi, fikirlərimi tamaşaçılara, dinləyicilərə çatdırım.”

İfa və kliplə bağlı bəzi məqamların sürpriz qalmasını istəyən müğənni bildirib ki, “Dilbəra” mahnısının klipi yaxın günlərdə dinləyicilərə təqdim olunacaq.

Müğənni hal-hazırda Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi” şeiri üzərində işlədiyini qeyd edib.

# 3836 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

10:44 24 fevral 2026
Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir

10:22 24 fevral 2026
Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

10:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər