TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur

TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
16 noyabr 2019
# 13:29

2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir.

Kulis.az-ın verdiyi xəbərə görə, bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən TEAS Press 5 il ərzində 700 addan çox kitab nəşr edib.

Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 alma” və “YAY” adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.

TEAS Press Nəşriyyatının digər üstünlüyü isə, xarici və yerli yazarların yalnız müəllif hüquqlarını almaqla kitabları nəşr edir. Bundan başqa, hüquqları alınmış xarişi nəşrləri orijinal dildən tərcümə etməklə TEAS Press ətrafına çoxlu sayda tərcüməçilər, redaktor və korrektorları toplaya bilib. Həmçinin nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq xarici dillərə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunur.

2019-cu il 27-29 sentyabr tarixində Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla iştirak edən TEAS Press Nəşriyyatı nazirliyin Təşkilat Komitəsinin qərarına əsasən sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün "Ən Yaxşı Nəşriyyat Evi" mükafatına layiq görülüb.

Ölkə başçısı İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən TEAS Press daima müxtəlif tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə az da olsa öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.

Bu 5 il ərzində hər zaman oxucuların fikirlərini və istəklərini nəzərə alan TEAS Press Nəşriyyat Evi sizə xidmət göstərməkdən məmnundur!

# 3581 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər