Bakı Beynəxalq Animasiya Festivalı başa çatıb

Bakı Beynəxalq Animasiya Festivalı başa çatıb
21 oktyabr 2019
# 11:04

Azərbaycan animasiyasının 50 illiyinə həsr olunan II Animafilm Beynəlxalq Animasiya Festivalı, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evindəki 3 günlük nümayişindən sonra bağlanış mərasimini təntənəli surətdə qeyd etdi.

Kulis.az-ın verdiyi xəbərə görə, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərinin nümayiş olunduğu beynəlxalq festivalın bu dəfəki mövzusu Çexiya animasiyası idi. Bu baxımdan da festivalın davam etdiyi 3 gün ərzində, müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış, eyni zamanda müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olundu. Bundan başqa, yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları keçirildi.

Xatırladaq ki, “Ənənə və inkişafa yeni baxış” şüarı altında təqdim olunan festivala 50 müxtəlif ölkədən 250-dən çox müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edib. Seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Təqdim olunan filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılaraq nəhayət qaliblər müəyyənləşdirilib.

II ANİMAFİLM Bakı Beynəlxalq Festivalının qalibləri aşağıdakılardır:

1.Ən yaxşı qısametrajlı animasiya filmi – “Qız” filmi (Çex Respublikası) – bu film ABŞ Kino Akademiyasının “Tələbə Oskar”ına layiq görülüb.

2.Ən yaxşı uşaqlar üçün animasiya filmi –Papito (ABŞ)

3.Ən yaxşı qısametrajlı animasiya filmi ssenarisi – Əsən (İran İslam Respublikası)

4.Tamaşaçı rəğbəti mükafatına isə Firəngiz Qurbanovanın “Anam ağaca çıxıb” (1986) filmi layiq görüldü.

Festivalın bağlanış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əiiyevə müraciət ünvanlandı. Müraciətdə animasiyaya maliyyə dəstəyi ayrılmasını və animasiya üzrə təhsil ocağının yaradılmasını xahiş olunur.

Son olaraq qeyd edək ki, oktyabrın 18-20-də keçirilən II Animafilm Beynəlxalq Animasiya festivalının təsisçisi Rəşid Ağamalıyevdir. Animasiya filmləri üzrə seçim komissiyasının üzvləri – Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardo(İtaliya) idi.

# 2907 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər