“Qızıl Kəlmə” mükafatı təqdim edildi - Fotolar

“Qızıl Kəlmə” mükafatı təqdim edildi - <span style="color:red;">Fotolar
17 may 2019
# 18:18

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının təqdimatı keçirilib.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini qeyd edərək dövlətimizin ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bu qayğının nəticəsidir ki, hər il ölkəmizdə yaradıcı insanların fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif müsabiqələr keçirilir. Bugünkü tədbir də bunun bariz nümunəsidir.

Bildirilib ki, Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən hər iki ildən bir yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl Kəlmə” ədəbi mükafatını keçirir. Növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Diqqətə çatdırılıb ki, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktorları Azər Turan və Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” ədəbi mükafatı komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Sonra laureatlar elan edilib və qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə edilib.

Ədəbi mükafatın nəsr nominasiyası üzrə qalibi Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mübariz Örənin “Balıq gülüşü”, poeziya nominasiyası üzrə Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş”, İbrahim İlyaslının “Şair olmaq zülmdü” kitabları olub.

Ədəbi tənqid və publisistika nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, orijinaldan bədii tərcümə nominasiyası üzrə Vilayət Hacıyevin Haynrix Böllün “Kişisiz ev”, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanları seçilib.

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları qalib olub.

Həmçinin “Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiqin “Şahanənin nağılı”, Sadıq Qarayevin “Sahibsiz kölgələr” kitablarına təqdim olunub.

Mükafatın qalibləri onların əməyinə verilən qiymətə görə təşəkkürlərini bildiriblər.

Tədbirdə mükafatın komissiya üzvlərindən Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə elmlər doktoru Elnarə Akimova çıxış edərək ədəbi mükafat barədə öz fikirlərini bölüşüblər. /azertag.az/

# 3497 dəfə oxunub

Oxşar xəbərlər

“Bu şəhərdə”dən "dava" ilə bağlı açıqlama

“Bu şəhərdə”dən "dava" ilə bağlı açıqlama

10:49 24 fevral 2025
3000 illik xəzinədən  dəmir meteroit tapılıb

3000 illik xəzinədən dəmir meteroit tapılıb

09:56 24 fevral 2025
Professor Nizaməddin Şəmsizadə dünyasını dəyişdi

Professor Nizaməddin Şəmsizadə dünyasını dəyişdi

09:50 24 fevral 2025
Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək

Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək

09:47 24 fevral 2025
O daha mahnı oxumayacaq

O daha mahnı oxumayacaq

09:40 24 fevral 2025
Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi vəfat etdi

09:14 24 fevral 2025
#
#
# # #