Rəssamlarımızın əsərləri Luvr muzeyində

Rəssamlarımızın əsərləri Luvr muzeyində
25 may 2019
# 10:45

Luvr muzeyinin Karusel sərgi salonunda 24-cü “Art Shopping” Beynəlxalq Müasir İncəsənət Sərgisi açılıb.

Sərgidə azərbaycanlı rəssamlar - Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Məmmədova Səfrəndə və Sahib Əsədlinin əsərləri nümayiş edilir.

İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. Bu dəfə rəssamın 25 əsərindən ibarət “Şərq nağılları” adlı yeni kolleksiyası sənətsevərlərə təqdim olunub. Ziyarətçilər Məryəm Ələkbərlinin həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarını çox sevirlər. Sərgi ziyarətçiləri onun tablolarını heyranlıqla seyr edib, gənc rəssamın rəng seçiminə heyran qalırlar. Fransanın məşhur aktyoru, kolleksiyaçı Jerar Depardyönün Məryəm Ələkbərlinin 7 rəsm əsərini şəxsi kolleksiyasına daxil edib. Gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası Parisdə Luvr muzeyinin Karrusel salonundan sonra mayın 30-dan iyunun 2-dək La Baule şəhərinin Alantia Konqres Sarayında, iyunun 8-dən 10-dək isə Biaritz şəhərində “Casino Barriere”də təşkil olunacaq “Art Shopping” sərgisində nümayiş olunacaq.

Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş Əsmər Nərimanbəyovanın yaradıcılığına ailəsindəki mühit böyük təsir göstərib. Əməkdar rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib. O, azərbaycanlı gənc rəssamların əsərlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, onların tanınması üçün əlindən gələni əsirgəmir.

Ziba Əliyeva artıq bir neçə ildir “Art Shopping” sərgisində iştirak edir. O, əsərlərində neftdən boya kimi istifadə edir.

Son illər “Art Shopping” Beynəlxalq Müasir İncəsənət Sərgisində azərbaycanlı rəssamların uğurlu iştirakı ənənəyə çevrilib. Onların əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Sərgisi mayın 26-dək davam edəcək.

# 3585 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər