Narkoman və dilənçilərin işlədiyi jurnal

Narkoman və dilənçilərin işlədiyi jurnal
3 sentyabr 2015
# 16:19

2005-ci ilin yayında xəstə insanlar, dilənçi və narkomanlar Oslonun mərkəzindəki dükana qaçırdılar. İşləmək həvəsi ilə coşmuşdular ki, göydən od kimi ələnən günəş belə onlara təsir etmirdi.

“=Oslo” Norveçin məşhur jurnallarındandır. Onu “küçə jurnalı” adlandırırlar. 2005-ci ildən fəaliyyət göstərir. “=Oslo” müstəqil, reklamsız jurnaldır. Jurnalın təsisçilərinin əsas məqsədi çətinliyi olan insanlara layiqli iş vermək, onların çörəkpulu qazanmağına kömək etmək olub. Bir gün təsisçilərdən biri Per Kristiyan Lomsdalen Oslo küçələrində dilənən insanlara “Jurnal satarsız?” deyə sual verir və o, bunu sübut kimi videoya çəkir.

Dilənçilər bu təklifə böyük məmnuniyyətlə razı olurlar. Beləliklə “=Oslo” və Bərabər Fondu yaradılır. Bundan sonra insanlar Oslonun mərkəzində böyük dəyişikliyin şahidi olurlar. Dünən çətinliyi olanlar artıq Milli Teatrın yanında dolaşır, başıaşağı olanlar isə başlarını dik tutub yeriyirdi. Əvvəl dilənənlər indi insanlara jurnal almağı təklif edirdi. Jurnalın birinci buraxılışı 2 ay ərzində 70 min tirajla satıldı. Köşklərdə satışa verilmir.

“=Oslo” Norveçin digər şəhərlərində “=Norveç” adı ilə buraxılır və beynəlxalq INSP (Internationla Network of Streepapers) qurumunun üzvüdür. Jurnalın xüsusi sahibi yoxdur. Satışdan gələn qazancın tam yarısı satıcının özünə, qalan hissəsi isə jurnalın xərclərinə, iş yerinə, iş vaxtı yemək almağa gedir. Hamı bu jurnalı almağa və həmin insanlara yardımçı olmağa çalışır. Uzaqda yaşayıb dəstək olmaq istəyənlər isə qısa nömrəyə esemes yollayıb, “=Oslo”nu internet vasitəsilə oxuyurlar.

Siyasətçilər jurnala tez-tez müsahibə verirlər ki, insanların marağına səbəb olsun və satışlar çoxalsın. Bəzi sıravi insanlar isə jurnala paltar, ayaqqabı, çanta kimi lazımlı əşyalar bağışlayırlar. “=Oslo” Norveç üçün elə də baha deyil, cəmi 100 krona, bizim pulla 12-15 manatadır. Satıcı kimi işləmək də çətin deyil. Bunun üçün redaksiyaya gedib qaydalar, satış texnikası və qiymətlərlə tanış olursan. Daha sonra sənə kart və nümrə verilir. Beləcə jurnalın satıcısı olursan.

Jurnalının direktoru Kamilla Svingen “=Osloda” adi iş gününün mənzərəsini belə təsvir edir: "Dörd satıcı kafe növbəsində dayanıb, biri kompüterin qarşısında oturub, başqası telefonunu zaryadkaya qoymaq üçün yer axtarır. Satıcılarda biri gitarada çalır, digər üçü oxuyur, biri divanda yatıb, o biri isə üzünə çəkir.”

Jurnalın işçiləri arasında könüllülər də var. Onlar jurnalı kassaya vurmaq, satıcıları həvəsləndirmək, onları hörmətlə qarşılamaq işlərinə baxırlar. Diqqəti çəkən ən birinci şey isə təzə işçilərin yaxşı əhval ruhiyyədə olması olur.

Orada çalışanların çoxu jurnalist deyil. Baxmayaraq ki, onların içərisində narkotikdən istifadə etməyən işçilər var, bununla belə nədənsə hamısını "narkoman" adlandırırlar. Jurnal işçiləri arasında əvvəllər narkotik istifadəçi olub sonradan tərgitənlər və ya başqa iş tapmaqda çətinlik çəkənlərə də rast gəlmək olar.

Jurnal ofisdə çalışan işçilərin yaxınlarının, onlarla əlaqəsinin daha da asan olması üçün əlindən gələni edir. Hətta bəzi işçilərin post adresi “=Oslo” da yerləşir.

“=Osloya” siyasətçilər, cəmiyyətin digər yuxarı əməkdaşları da baş çəkirlər. Norveçin Səhiyyə naziri Sülviya Brüstad 2008-ci ildə orada olanda belə bir çıxış etmişdi: “ =Oslo”, mənə içki və narkotik problemi olan insanların da bizim kimi fərqli olduğunu göstərdi. Mən bunu nəzərə alib onlara kömək etmək üçün daha yaxşı təkliflər haqda düşünəcəm.”

Norveçdə rəsmi dəstək üçün hökumətə müraciət köhnə ənənədir. “=Oslo” 2008-ci ildə bu dəstəkdən yararlanıb.

Jurnalın satıcıları tez-tez filmlərə çəkilmək üçün də dəvət alırlar. Bu silsilədən olan "Satıcı 329" filmi, jurnalın satıcısı Knüt Ulav Brürüd-Yuhanessendən bəhs edir. Knut Ülav Brurüd-Yohanessen (sağdakı Knüv, ortdadakı kral Harald, soldakı isə kraliça Sonya ) kralı onunla bir yerdə kinoya baxmağa dəvət edib. Kral ona əgər kraliçanı da özü ilə götürməyə icazə verərsə razılaşacağını deyib.

Satıcılara jurnalı niyə satdığını soruşanda bunu yalnız pul qazanmaq üçün etmədiklərini deyirlər. Pulu dilənçilər də qazanırlar. Norveç rifahı yüksək olan dövlətdir. İşi olan insan, passiv, işləmədən pulu qəbul edən insandan tamamilə fərqlənir. 018 nömrəli satıcı Dagfrid deyir: "Bura gəlməmişdən öncə hər dəfə Sosialkömək (Sosialkömək ehtiyacı olan insanların pul və digər lazımlı şeylərlə təmin edən dövlət qurumudur.) ofisində çarəsiz dayanardım. Dagfrid artıq “=Oslo” jurnalını satmır. O, özünə ayrı bir iş tapıb. Satıcılarının həmişə satdıqları yerlər və eyni müştəriləri də var.

Satıcı Krister “Steen and Ström” ( Osloda yerləşən ticarət mərkəzi ) də yer alıb. Öncə mühafizəçilər onu qovmağa cəhd ediblər. Ancaq alıcılar onlara mane olublar, sonra isə o, mühafizəçilərlə dostlaşıb. Ticarət mərkəzinin qarşısında digər qəzet satıcılarına da rast gəlmək olar. Krister orada özünə elə bir hörmət qazanıb ki, onu başqalarına misal çəkirlər. Belə ki, hansısa bir qəzet satıcısı kobudluq etdiyi zaman mühafizəçilər ona "Əgər sən də özünü “=Oslo” satıcısı kimi yaxşı apara bilsəydin burda dayana bilərdin" deyir.

Bu gün artıq alıcılar onları "narkoman" və ya "dilənçi" adlandırmırlar. Bərabər Fond həmçinin cəmiyyətdə insanların narkomanlara qarşı mənfi münasibətini müsbətə doğru dəyişmək və onlara qarşı olan birmənalı xurafatçı fikirləri məhv etmək üçün mübarizə aparır. İnsanlar içərisində bir çoxları maariflənməyə meylli olurlar və beləliklə narkomanlara olan baxış yavaş-yavaş dəyişir.

Satıcıların çoxu artıq cinayətkar olmayacaqlarını deyirlər. Onlar artıq yeni şəxsiyyətdirlər. Onlar fərqli danışırlar, türməyə yaramırlar. Hətta bəziləri isə artıq narkotikdən az istifadə etdiklərini deyirlər.

Satıcılardan biri "Mənə iş zamanı narkotikdən istifadə etmək olmaz, əks halda heç nə sata bilmərəm", digəri isə "Mən öz dozamı alıcılarımdan alıram" deyir. Nils deyir: "Mən sizə küçədə gördüyüm qadın haqqında danışmaq istəyirəm. Küçədə varlı bir qadın əynində xəz dərili palto, burnu dik gəzirdi. O, məndən niyə bu işlə məşğul olduğumu soruşdu, mən isə ona narkoman olduğumu və cinayətkar kimi yaşamaqdan bezdiyimi dedim. O, mənimlə maraqlanmağa başladı. Biz bir yerdə çox xoş söhbət etdik. Düşünürəm ki, mən bu tipli insanların mənə olan baxışlarını bir az dəyişə bildim.”

Erlik.no saytından tərcümə etdi: Qumru Abdullazdə

# 1181 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #