Macarıstan səfiri Tərcümə Mərkəzində

Macarıstan səfiri Tərcümə Mərkəzində
28 sentyabr 2017
# 13:29

Sentyabrın 28-də Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi ARNK yanında Tərcümə Mərkəzində olub.

Kulis.azın məlumatına görə görüş zamanı Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, əsərləri müxtəlif dövrlərdə “Xəzər” dünya ədəbiyyatı jurnalında işıq üzü görmüş İmre Kertes, İştvan Qall və digər bu kimi tanınmış macar ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Macarıstanda, macar yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan – tanınmış macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertesin “Talesiz” kitabı hədiyyə edilib.

# 3205 dəfə oxunub

Oxşar xəbərlər

"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər