Tanınmış İsrail yazıçısı Bakıda

Tanınmış İsrail yazıçısı Bakıda
3 oktyabr 2019
# 16:20

Oktyabrın 3-də tanınmış İsrail yazıçısı, İsrailin Baş naziri Binyamin Netanyahunun qardaşı İdo Netanyahu və İsrail–Azərbaycan Beynəlxalq əlaqələri təşkilatının rəhbəri Arye Qut Dövlət Tərcümə Mərkəzində olublar.

Görüşdə Azərbaycan ilə İsrail xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan–İsrail ədəbi-mədəni əlaqələrindən, hər iki xalqı bir-birinə doğmalaşdıran mənəvi dəyərlərdən söz açılıb.

İsrailin tarixi, elmi-mədəni, ədəbi irsi ilə bağlı Azərbaycan oxucusuna maraqlı olacaq bir sıra əsərlərin tərcümə və nəşr layihələri, eləcə də Azərbaycan ədəbiyyatını İsrail oxucusuna yaxından tanıdacaq Azərbaycan ədəbiyyatı nümunələrinin ivrit dilində İsraildə nəşri və digər bu kimi məsələlər müzakirə edilib.

Görüşün sonunda qonağa, Mərkəz tərəfindən Azərbaycanda nəşr edilmiş, tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə çevrilmiş hissələri yer alan “Xəzər” dünya ədəbiyyatı jurnalının nömrələri hədiyyə edilib. /azertag.az/

# 3145 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Milli Teatr Günüdür

Bu gün Milli Teatr Günüdür

11:00 10 mart 2026
Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi

Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi

10:36 10 mart 2026
Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

10:24 10 mart 2026
"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

14:40 9 mart 2026
Məşhur türk şair vəfat etdi

Məşhur türk şair vəfat etdi

14:25 9 mart 2026
"Mənzərəyə açılan ev"  sərgisi açıldı

"Mənzərəyə açılan ev" sərgisi açıldı

14:00 9 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər