Hafizin qəzəlləri nəşr olundu

Hafizin qəzəlləri nəşr olundu
11 may 2017
# 16:20

Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunub. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlayıb.

Hafizin qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur.

Kitabda hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilmiş, geniş şərh yazılmışdır. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy vermişdir. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur.

Kitab Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş İslam Həmrəyliyi ilinə töhfə olaraq nəşr edilmişdir.

Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya ya­yıl­mış, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunmuşdur. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi mə­həbbət və rəğbətlə yanaşılmış, onun irsi öyrənilmiş, şeirlərinə nə­zi­rələr yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, şairin əsər­lərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azər­bay­can şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat etmişdir) olmuşdur.

XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri di­li­mi­zə çevirmişlər. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər se­vil­sə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməmişdir. Fik­rimizcə, bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siq­lətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şai­rin əsərlərinin tərcüməsi ilə ilk dəfə nisbətən əhatəli şəkildə tanınmış şər­q­şü­nas alim Əbülfəzl Hüseyni məşğul olub. O, şairin 117 qə­zə­lini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şahbeytlərini dilimizə çevirmişdir.

Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona “lisan ül-qeyb” təxəllüsü qa­zan­dırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əb­dürrəhman Xəlxalinin hazırladığı “Divane-Xacə Hafiz Şirazi” (Teh­ran 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəj­ma­nın “Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran 1939) kitabında isə 581 göstərilmişdir. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.

# 3447 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər