Dissident yazıçı vəfat etdi

Dissident yazıçı vəfat etdi
28 oktyabr 2019
# 10:48

Sovet dissident yazıçı Vladimir Bukovski vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 76 yaşlı yazıçı, oktyabrın 27-də, Kembricdə, ürək dayanmasından dünyasını dəyişib.

Vladimir Bukovski Sovet İttifaqında dissident hərəkatının banilərindən biri olub.

1960-cı ildə Moskva Dövlət Universitetinin tələbəsi olarkən o, Moskvanın mərkəzində Mayakovski heykəlinin yanında təşkil olunan azadfikirli poetik qiraətə qatılıb. “Mayakovski” aktivistlərindən bir neçəsi həbs olunub.

Bukovski özü 1963-cü ildə SSRİ-də qadağan olunmuş kitabların fotonüsxəsini hazırlamaq üstündə həbs olunub.

1966-cı ildə isə Qərbin müdafiə kompaniyası sayəsində azad olunur. Hökumət onun qarşısını ala bilmək üçün onu psixatrik xəstəxanaya yerləşdirir. 12 illik “müalicə”ni Bukovski yazmağa cəhd edir və sovet ruhi xəstəxanalarının siyasilərə qarşı repressiv metodlarını təsvir edir. Yazıları Qərbə ötürən Bukovski 1972-ci ildə antisovet təbliğatına görə 2 il həbs və 5 il sürgünə məhkum olunur.

1978-ci ildə həbs müddətini çəkmiş Vladimir Bukovskini Kommunist Pasrtiyasının lideri Çili Luislə dəyişirlər. Bukovski Böyük Britaniyaya köçür, Kembric universitetinə qəbul olunur və kitablarını yazmağa başlayır.

2015-ci ildə Britaniya prokurorluğu onu uşaq pornoqrafiyası istehsal etməkdə və saxlamaqda ittiham edir. Bukovski ittihamı rədd edir və prokurorluğun onun reputasiyasını qaraladığını iddia edir. Məhkəmə onun ağır ürək əməliyyatı keçirdiyini nəzərə alaraq bir neçə dəfə prosesi təxirə salır və 2018-ci ildə səhhətinin pisləşməsi üzündən dayandırır.

# 4157 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər