Şair Abbas Abdulla vəfat edib

Şair Abbas Abdulla vəfat edib
5 sentyabr 2019
# 05:14

Tanınmış şair, Əməkdar mədəniyyət işçisi, şair Abbas Abdulla vəfat edib.

Bu barədə APA-ya şair Sayman Aruz məlumat verib.

Sentyabrın 5-də saat 13:00-da mərhumun cənazəsi dəfn üçün evindən götürüləcək.

Şairin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Abbas Abdulla bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X-XI) kəndlərində alıb. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.

Universitetdə tələbəlik illərində həm də işləyib: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.

Kommunist Partiyasının üzvü olmuş (1978-1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981-1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991-1992). 20 Yanvar Bakı qətliamma etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxmışdır. Milli azadlıq hərəkatında fəal iştirak edib.

Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirib. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib.

26 Bakı komissarı adına rayon xalq deputatları Sovetinin deputatı seçilib. Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil etmişdir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub (1980).

# 4348 dəfə oxunub

Oxşar xəbərlər

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

"Mən cəhənnəmə getmək istəyirəm, çünki..." - XIII əsr fransız cəngavər romanından bir hissə

14:40 9 mart 2026
Məşhur türk şair vəfat etdi

Məşhur türk şair vəfat etdi

14:25 9 mart 2026
"Mənzərəyə açılan ev"  sərgisi açıldı

"Mənzərəyə açılan ev" sərgisi açıldı

14:00 9 mart 2026
"Şəhid atası... və ya Vətən adam!" - Esmira İsmayılova

"Şəhid atası... və ya Vətən adam!" - Esmira İsmayılova

13:20 9 mart 2026
IX əsrə aid kütləvi məzarda nəhəng skelet aşkarlandı

IX əsrə aid kütləvi məzarda nəhəng skelet aşkarlandı

11:30 9 mart 2026
Azərbaycanın aşıq və muğam musiqisi Londonda

Azərbaycanın aşıq və muğam musiqisi Londonda

10:45 9 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər