Bir kifir qız sevəsən

Bir kifir qız sevəsən
10 fevral 2015
# 12:36

Kulis.az gənz yazar Xan Abdullanın yeni şeirini təqdim edir

***

Bir kifir qız sevəsən

O qədər sevəsən ki,

camalın ay görəsən,

Saçları yağlı olsun,

Lakin, mənə düyün kimi,

Bağlı olsun.

Dırnaqları kir-pasaq,

paltarı nimdaş olsun.

Bu yaxsıdır min dəfə,

ki, ürəyi daş olsun.

Qısqanasan yerə-göyə,

qısqanasan, özünə,

pəltək dilindən çıxan,

bircə quru sözünə,

dağ üstə dağ qoyasan.

Tərli əllərini də,

Əlinə götürəndə,

Tanrının əllərini,

Əllərində duyasan.

O qədər sevəsən ki,

yalnız yar olmayasan,

ata, qardaş olasan,

çaş gözünə baxanda,

sevincdən çaş-baş olasan.

Bir əli çolaq olsun,

bir ayağı axsasın.

Yetər ki, məndən başqa,

bir kimsəyə baxmasın,

bir kimsəni görməsin.

Məni heç vaxt atmasın,

mən ölmədən ölməsin.

Danışanda üzünə,

tüpürsün istəmədən.

O qədər sevəsən ki,

pərt olmamağı üçün,

qucaqlayıb öpəsən.

Bukunistdən aldığın,

köhnə-külüş kitabdan,

Lətifə əzbərləyib,

görüş vaxtı deyəsən

gülməli olmasa da,

səni qırmamaq üçün,

uğunacaq bir qızı,

de, necə sevməyəsən?

Mənlə soğan-çörəkdə,

mənlə yağlı xörəkdə,

xəstəlikdə, sağlıqda,

yaxşı gündə, pis gündə,

dursun çiyin-çiyinə.

Məni carəsiz gündə,

atıb, cıxıb getməsin,

Əvvəlkilər nə edibsə,

o da onu etməsin.

Yavrum desin,

tumarlasın saçlarımı,

Bir qocalaq, bir-bir sayım,

bəyazlaşan saçlarını.

Qısqanmasın bir kimsəyə,

bütün qəlbiylə inansın.

Sevsin məni,

sevgisiylə usandırsın, cana yığsın…

Gözəl fahişədənsə,

kifir bir qız sevəsən.

Fahişəlik bədənlə,

məhdudlaşmır. Biləsən.

Hisslərini satan da,

sözlərini satan da,

gözümdə fahişədir.

Mən bilirəm, nə nədir.

Çox qadınlar sevib məni.

Anam kimi sevməzdilər.

Sevsəydilər, getməzdilər.

Anam kimi sevsin məni,

o heç zaman getməsin,

Əvvəlkilər nə edibsə,

o da onu etməsin.

# 3169 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər