Tarixi abidələrlə bağlı müsabiqə elan edilib

Tarixi abidələrlə bağlı müsabiqə elan edilib
19 aprel 2018
# 15:47

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Məhv olmuş, dağıdılmış abidələr və Şirvanşahlar taxtı” mövzusunda maket müsabiqəsi elan edib.

Qoruq İdarəsindən bildirilib ki, Şirvan hökmdarlarının taxtının bərpasını nəzərdə tutan qurum müsabiqə iştirakçılarına bu taxtın müəllifi və ya müəlliflərindən biri olmaq şansını verir. Müsabiqə çərçivəsində gənc memar, rəssam və heykəltəraşlar tərəfindən hazırlanan taxt maketləri Qoruq İdarəsinin təşkil etdiyi “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı 20 ölkədən 300-dən çox alimin iştirak edəcəyi beynəlxalq konfransda sərgilənəcək.

Maketin hazırlanmasında Şirvanşahlar dövrünün əsas saray elementləri, tarixi mənbələrdə ilkin görünüşünün elmi təsviri verilmiş, eləcə də müxtəlif orta əsr mənbələrində, miniatürlərdə öz əksini tapmış Şirvanşahlar taxtlarının detallarına əsaslanmaq olar.

Müsabiqədə məqsəd, həm də istedadlı gənclərə dəstək olaraq onların yaradıcılıq qabiliyyətlərini aşkarlamaq və inkişaf etdirmək, eləcə də gənclərin maraq dairələrini tariximizin öyrənilməsinə və elmi-tədqiqatlara yönəltmək və bu sahədə mövqelərini müəyyən etməkdir.

Müsabiqədə ölkəmizin təhsil müəssisələrində, mədəni maarif mərkəzlərində və yaradıcı təşkilatlarda fəaliyyət göstərən gənc sənətsevərlər – rəssam, memar, heykəltəraşlar və s. iştirak edə bilərlər. Müəllif işləri həm fərdi, həm də kollektiv ola bilər, mövzu müsabiqə nominasiyasına uyğun olmalıdır. Maketlərin daş, gil və digər sərt materiallardan, eləcə də innovasiyalı texnologiyalardan istifadə edilməklə 100x100 santimetr ölçüdə təqdim olunmalıdır.

Sentyabr 6-da “Müasir Azərbaycandan Şirvanşahlar dövlətinin tarixinə səyahət” adlı beynəlxalq elmi konfrans çərçivəsində müsabiqənin final mərhələsinə çıxmış maketlərin təqdimatı olacaq.

Final mərhələsində 3 qalib iştirakçı seçiləcək. Birinci yerin qalibi 5000, ikinci yer 3000, üçüncü yerin sahibi isə 1000 manat pulla mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün ərizə formaları aprelin 30-dək qəbul edilir. İştirakçılar maketlərini bu ünvana - [email protected] göndərə bilərlər. /azertag.az/

# 1627 dəfə oxunub

Oxşar xəbərlər

Fantast yazıçı: "Yazıçıların üslubları brend kimi hüquqi şəkildə qorunmalıdır"

Fantast yazıçı: "Yazıçıların üslubları brend kimi hüquqi şəkildə qorunmalıdır"

12:30 19 noyabr 2025
Stalinin ayaq üstə alqışladığı opera - O, Bağırova hansı tapşırığı vermişdi?

Stalinin ayaq üstə alqışladığı opera - O, Bağırova hansı tapşırığı vermişdi?

12:00 19 noyabr 2025
Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

11:52 19 noyabr 2025
İstəsən, sükuta bürünsün cahan... - Günün mahnısı

İstəsən, sükuta bürünsün cahan... - Günün mahnısı

11:30 19 noyabr 2025
Musiqiçilərdən ittiham: "Bizdən izahatlar alındı, ancaq nəticəsiz qaldı"

Musiqiçilərdən ittiham: "Bizdən izahatlar alındı, ancaq nəticəsiz qaldı"

11:07 19 noyabr 2025
Papa  Leo: "Kino ümidi hərəkətə gətirən sənətdir"

Papa Leo: "Kino ümidi hərəkətə gətirən sənətdir"

11:00 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər