“Xan qızı” tamaşası nümayiş olundu

“Xan qızı”  tamaşası nümayiş olundu
25 iyun 2025
# 12:20

Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub.

Kulis.az ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən nümayişdə Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov, Xalq artisti Xalidə Quliyeva, eləcə də digər tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani Amaliya Pənahovanın yaradıcılığından, vətənpərvərliyindən, yaratdığı Bakı Bələdiyyə Teatrının Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazmasından bəhs edib.

Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov çıxışında aktrisanın Azərbaycanda teatr və kino sahələrinin inkişafına göstərdiyi xidmətlərdən danışıb.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bir şair olaraq Amaliya xanım haqqında poetik dildə öz fikirlərini səsləndirib və sözləri özünə aid olan, aktrisanın sevdiyi “Xatirədir” şeirini onun xatirəsinə ərməğan edib.

# 1723 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər