Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı
11 avqust 2026
# 18:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Qabilin anadan olmasının 100 illiyinə həsr edilən “Qabil yaradıcılığına bir baxış” adlı metodiki vəsait hazırlanıb.

Kitabxanadan kulis.az-a bildirilib ki, vəsait Xalq şairi Qabilin həyat və yaradıcılığının geniş oxucu kütləsinə, xüsusilə gənclərə daha ətraflı tanıdılması, şairin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə hazırlanıb.

Vəsait kitabxana əməkdaşları, müəllimlər, tələbələr, tədqiqatçılar və ədəbiyyatla maraqlanan oxucular üçün Qabil yaradıcılığı ilə bağlı tədbirlərin, sərgilərin, ədəbi-bədii gecələrin və digər maarifləndirici layihələrin hazırlanmasında faydalı mənbə kimi nəzərdə tutulub.

Metodiki vəsaitdə Qabilin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatındakı mövqeyi, poetik irsi və yaradıcılığının əsas istiqamətləri haqqında məlumatlar təqdim olunub. Vəsaitdə Xalq yazıçısı Elçinin “Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz”, akademik Rafael Hüseynovun “Əvəzsiz şairin əvəz etdiyi misra və dəyişməsi çətin olan həqiqətlər”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Unudulmaz Qabilimiz” məqalələrinin tam mətni əks olunub.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Qabilin əsərlərinin təbliği və oxuculara çatdırılması istiqamətində kitabxanalarda keçirilə biləcək tədbirlərə dair metodiki tövsiyələrə yer verilib. Ədəbi gecələr, kitab sərgiləri, müzakirələr və digər mədəni-maarif tədbirlərinin təşkili, elektron məlumat bazalarının hazırlanması istiqamətində təklif və tövsiyələr təqdim edilib.

Xalq şairi Qabilin 100 illik yubileyi münasibətilə hazırlanan metodiki vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.

# 568 dəfə oxunub

Oxşar xəbərlər

"Hansısa çanağın tısbağası olmaq..." -  Sən filosof deyilsən!

"Hansısa çanağın tısbağası olmaq..." - Sən filosof deyilsən!

10:00 8 sentyabr 2026
Yefim Abramov vəfat etdi

Yefim Abramov vəfat etdi

09:51 8 sentyabr 2026
Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər