“Xalq artisti olmaq istəyir, axı o, aktyor deyil...” - “Bizim Cəbiş müəllim” filminin “Namiq”-i “Makedon”-a cavab verdi

“Xalq artisti olmaq istəyir, axı o, aktyor deyil...” - “Bizim Cəbiş müəllim” filminin “Namiq”-i “Makedon”-a cavab verdi
15 fevral 2024
# 16:30

“Filmlərə, seriallara az baxıram, amma baxdıqlarımın səviyyəsi aşağıdır. Nadir hallarda izləyirəm. Səviyyənin aşağı olması rejissordan, ssenaristdən, aktyorlardan asılıdır. Atam Həsən Seyidbəylinin məktəbi, təhsili, müəllimləri başqa idi. Bu gün iki kinoittifaqımız var. Mənə elə gəlir ki, bir ittifaq olmalıdır. Vaxtilə Rüstəm İbrahimbəyov tərəfindən yaradılan ittifaq. Atam da o ittifaqın sədri olub. O vaxt ittifaq Hökümət evində yerləşirdi. Mən heç birinə üzv deyiləm. Çünki aktyor deyiləm. Aktyorluq mənlik deyil. Atam məni, bacımı və qardaşımı filmlərdə sırf ona görə çəkib ki, ekranlarda qalaq”.

Kulis.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Həsən Seyidbəylinin oğlu, “Bizim Cəbiş müəllim” filminin Namiqi Ziya Seyidbəyli deyib.

Ziya Seyidbəyli hazırkı fəaliyyətindən də danışıb:

“Neft sahəsində çalışırdım. İqtisadçıyam, mühəndisəm. Uzun müddət dövlət qulluğunda çalışmışam. 63 yaşımda təqaüdə çıxdım. Hazırda Bakı Şəhər İcra Hakimiyyətində çalışıram”.

Ziya Seyidbəyli bildirib ki, atasının adını oğlu yaşadır:

“Oğluma atamın adını vermişəm. O da Həsən Seyidbəylidir. Qısametrajlı filmlər, reklamlar çəkir. AYB-nin üzvüdür, bir əsər də yazıb. Özəl şirkəti də var”.

Ziya bəy “Bizim Cəbiş müəllim” filmində Makedon rolunu oynayan Aqil Ağacanovla bağlı da danışıb:

“Aqil bir dəfə kinoda çəkilib. Düzdür, yaxşı da oynayıb. Müsahibələrində şikayətlənir, diqqətsizlikdən gileylənir. O, axı aktyor deyil. Ona Xalq artisti adı verməli idilər?! Mən bilirəm ki, bu, düzgün məsələ deyil. Hansı işlə məşğuldursa, özü bilər. Bizim xasiyyətimiz fərqlidir, tamam ayrıdır. Mənim səviyyəm başqadır, onun səviyyəsi başqa. Mən öz işimlə məşğulam, o da öz işiylə. Pirşağıda kababçı işləyir. Biz heç vaxt dost olmamışıq, düşmən də deyilik”.

# 1568 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Bu ölkələrin “Avroviziya 2026” təmsilçilərinin adları açıqlandı

Bu ölkələrin “Avroviziya 2026” təmsilçilərinin adları açıqlandı

16:48 23 dekabr 2025
“Bülbülün qonaqları”  layihəsi Rəşid Behbudova həsr olundu

“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudova həsr olundu

16:40 23 dekabr 2025
Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

16:35 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər