Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı
4 fevral 2026
# 14:50

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xalq rəssamı Əşrəf Heybətovun “Azərbaycan – rənglərin yaddaşındakı ölkə“ adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, görkəmli rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə Azərbaycan təbiəti, onun tarixi məkanları, sadə insanları, adət-ənənələri ön planda dayanır.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara sərgi barədə məlumat verib və bildirib ki, təqdim olunan əsərlərdə rəssam milli-mədəni ənənələri müasir bədii ifadə vasitələri ilə ustalıqla birləşdirir. Əşrəf Heybətovun yaradıcılığında rəng, yaddaş və milli kimlik əsas bədii məfhumlar kimi çıxış edir. Onun tabloları Azərbaycanı yalnız coğrafi məkan kimi deyil, mənəvi yaddaş, mənsubiyyət və davamlı bağlılıq məkanı kimi təqdim edir. Landşaftlar, insan obrazları və ovqatlar birbaşa təsvir deyil, daha çox emosional və fəlsəfi yozum şəklində təqdim olunur.

Xalq rəssamı Əşrəf Heybətov çıxışında bildirib ki, Azərbaycan mövzuları onun yaradıcılığının əsas qayəsini təşkil edir. Son illərdə isə o, bu mövzunu daha da genişləndirərək, ümumtürk dünyasına həsr olunmuş tablolar yaradır. Vyanada ikinci dəfə əsərlərini sərgiləyən rəssam yubiley münasibətilə təşkil edilmiş sərgi üçün minnətdarlığını bildirib.

Qeyd edilməlidir ki, Əşrəf Heybətov incəsənət sahəsindəki xidmətlərinə görə bir sıra milli və beynəlxalq mükafatlarla təltif edilib. O, Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına, UNESCO Rəssamlar Federasiyasının üzvlüyünə, eləcə də “Sülh səfiri” beynəlxalq diplomuna layiq görülüb. Rəssam Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olmaqla yanaşı, Azərbaycan–Almaniya Dostluq Cəmiyyəti və Alman Rəssamlar Birliyi də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların üzvüdür.

# 1031 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

11:30 17 oktyabr 2026
Azərbaycan mədəni irsi Peruda

Azərbaycan mədəni irsi Peruda

11:00 17 oktyabr 2026
Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür

10:30 17 oktyabr 2026
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

10:15 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər