VIII "Visla" Polşa Film Festivalının ikinci filmi nümayiş olundu

VIII "Visla" Polşa Film Festivalının  ikinci filmi nümayiş olundu
12 oktyabr 2023
# 15:20

VIII "Visla" Polşa Film Festivalı davam edir.

Kulis.az xəbər verir ki, festival Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində baş tutur.

Oktyabrın 11-da təqdim olunan ikinci film Yerji Skolimovskinin “İA” filmi olub.

Nümayişdən öncə festivalın koordinatoru və layihə meneceri Yanna Neka filmin rejissoru və film haqqında qısa məlumat verib.

O bildirib ki, “İA” filmi Kann film festivalında və münsiflər heyətinin xüsusi mükafatını qazanıb. “Ən yaxşı xarici film” nominasiyasına namizəd də olub.

“İA” filmi dünyanı bir heyvanın gözlərilə tamaşaçıya izlədir. Melanxolik gözləri olan boz ulaq İA həyat yolunda yaxşı və pis insanlarla qarşılaşır, xoşbəxtliyi və əzabı yaşayır.

Rejissor filmdə insanların heyvanlara göstərdiyi laqeyd münasibətdən danışır. İA onun sirkdəki idarəçisi Kasandranın sevgisini və məhəbbətini arzulamağa davam etsə də, insanlar onu yalnız bir heyvan kimi görürlər.

Nümayişdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı, rejissor, kinoyazar.az saytının redaktoru İlqar Quliyevin moderatorluğu ilə filmin müzakirəsi baş tutub. Tamaşaçılar filmlə bağlı fikirlərini bölüşüblər.

“Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin göstərilməsi nəzərdə tutulub.

Növbəti filmlər 12, 17, 24, 31 oktyabr tarixlərində nümayiş olunacaq.

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial-media fenomeni saxlanıldı

Tanınmış sosial-media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

Məşhur iranlı müğənniyə 74 şallaq cəzası verildi

16:00 30 sentyabr 2026
2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

2027-ci il "Oskar" mükafatının namizədləri proqnozlaşdırıldı – Təfərrüatlar

15:30 30 sentyabr 2026
Payızın ilk “Ulduz”u

Payızın ilk “Ulduz”u

14:30 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər