Vəfat etmiş aktyorun bərbəri danışdı – ŞOK İDDİA

Vəfat etmiş aktyorun bərbəri danışdı – ŞOK İDDİA
6 yanvar 2025
# 12:00

Kulis.az Ömər Xəyyamın “Ölənlə ölmək olmur, əzizim” köşəsini təqdim edir.


Dostu/tanışı ya vəlvələdən ya zəlzələdən yaranmış, olsun ki, kütlənin sifarişiylə populyarlaşmış, vaxtı keçmiş atmacalarla, dəfələrlə işlənmiş "шутка"larla yadda qalan, di gəl, peşəkarlıqdan yeddi köynək uzaq, şişirdilmiş, əslində, işinin cahili olan obrazın ölümünə, əlbəttə, üzülə bilər, üzülər, üstəlik, ağlayar da.

Şair demiş, ölən hamı vaxtsız ölür.

Mənim üçün ölən aktyor olsa da, müğənni olsa da, dostdan ötrü dostdur, qohumdan ötrü qohumdur, həyat yoldaşının əridir, övladının atası… bir sözüm yox, belə də olmalıdır.

Fəqət medianın belənçi obrazların, az qala, corablarının materialı haqqında reportaj hazırlamağını, axırıncı dəfə onun üzünü qırxan bərbərdən müsahibə almağını... heç cür müqayisə eləyə bilmirəm...

Düzdür, başa düşürəm, xəbər yoxdur, hadisə baş vermir, ol səbəb, ölənin sünnət toyunu çəkən operatorun təəssüratları "xəbərə" çevrilir.

Xəbər nədir... necə yazılır... - havayı dərs keçəsi deyiləm, yox, di gəl, iş elə gətirib ki, rəhmətlik Azərin ölümünü əsas götürübən, necə, nə cür xəbər yazmaq, araşdırma/material hazırlamaq olar - bir neçə ibtidai istiqamət verməyə məcburam.

Tutalım, mərhum böyrək çatışmazlığından əziyyət çəkirmiş, dializə gedib/gəlirmiş. Elə o ümidli günlərin birində də vəfat edibmiş…

Sən də ölüm xəbərini verdin, içində ölüm səbəbini yazdın, lap həyat və yaradıcılığı haqqında da bir/iki cümlə…
Sonra da başlayırsan araşdırmağa…


– Dializatorların vəziyyəti necədir, filterləri vaxtlı/vaxtında dəyişdirilirmi? Ümumiyyətlə, hansı filterlərdən istifadə edilir?


– Homodializlə yaşayan xəstələrə dövlət qayğısı necə tənzimlənir?

– Məsələn, sual verirsən ki, bizim dializ xəstələrimiz niyə tez ölür? Bəs dünyada necədir?

Azərbaycanda yetərli sayda nefroloq varmı?

– Kateterizasiya (hemodializ prosedurunu həyata keçirmək üçün damara xüsusi kateterin taxılması prosesi) pulludur, yoxsa yox?


– Məsələn, niyə xəstələrin qanındakı mineralların faizi hər dəfə ölçülmür?

– Bölgələrdə vəziyyət necədir? Ucqarda yaşayan dializ xəstələri üçün hansı şərait yaradılıb?

Həmçinin bir neçə ekspert/həkim danışdırırsan.
Beləcə, qəşəng bir material hazırlayırsan, atan olur rəhmətlik.

Yoxsa başlamısız ki... “Filankəsin qaynı hönkürdü”, “Görün filankəsin bacısı qəbiristanlıqda necə görüntüləndi!!!

Ürəyim üzülür e, ətağa…

# 10884 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edildi

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edildi

18:33 7 yanvar 2025
Nicat Həşimzadənin imza günü olacaq

Nicat Həşimzadənin imza günü olacaq

17:20 7 yanvar 2025
Cennifer və Ben rəsmən boşandı

Cennifer və Ben rəsmən boşandı

17:14 7 yanvar 2025
“Teas Press”in direktoru:  "Elə müəlliflər var ki, onları biz məşhurlaşdırmışıq" - Müsahibə

“Teas Press”in direktoru: "Elə müəlliflər var ki, onları biz məşhurlaşdırmışıq" - Müsahibə

17:00 7 yanvar 2025
Teatr tamaşaları, film nümayişləri... - ƏDV-nin 50 faizi qaytarılacaq

Teatr tamaşaları, film nümayişləri... - ƏDV-nin 50 faizi qaytarılacaq

16:30 7 yanvar 2025
Kerimcan Durmaz həbs edildi

Kerimcan Durmaz həbs edildi

15:21 7 yanvar 2025
# # #