IV Bakı Piano Festivalı çərçivəsində ədəbi müsabiqə keçirilib

IV Bakı Piano Festivalı  çərçivəsində ədəbi müsabiqə keçirilib
24 iyun 2025
# 18:10

IV Bakı Piano Festivalı çərçivəsində “Fortepiano üçün ədəbi etüd” adlı müsabiqə təşkil olunub. “Landmark Baku”da ədəbi axşam və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, iştirakçıların əsərlərini münsiflər heyətinin üzvləri – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, “NG Creators Club”un direktoru Natiq Əliyev və Bakı Piano Festivalının media əlaqələndiricisi Rüstəm Hüseynov qiymətləndiriblər.

IV Bakı Piano Festivalının qalibləri elan edilib: I yeri Mehdi Əli, II yeri Lalə Əliyeva-Klıçkova, III yeri Lenay Seyidəli-zadə tutublar. Tamaşaçı rəğbəti mükafatına isə Gülgəz Qurbanova layiq görülüb.

Gecədə hekayə müəllifləri öz fikirlərini və əsərlərinin təfərrüatlarını bölüşüblər. Münsiflər heyəti müsabiqə iştirakçılarının hekayələrində ən maraqlı epizodları qeyd edib, qaliblərin seçilmə prosesini və meyarlarını ətraflı təsvir ediblər. Tədbirin iştirakçıları arasında həm yazıçı olmaq istəyənlər, həm də tanınmış yazıçılar olub. Tədbirdə, həmçinin “Müasir şairlər” ədəbi layihəsinin üzvləri Lalə Həsənova, Günatay Hüseynova, Ləman Həsənova, Ziba Rəsul, Lalə Əliyeva-Klıçkova, Maksim Yelizarov, Məsumə Qasımova, Aliyə Tağıyeva, Olqa Şalayeva, Zivərxanım Məmmədova, Nell Küri, Samirə Şıxıyeva və Bayram Məhərrəmovun əsərləri təqdim olunub.

Müsabiqənin təşəbbüskarı Rüstəm Hüseynov öz ideyası, yaradıcılığı, təşkilatçılığının təfərrüatları barədə danışıb, ədəbiyyatın əhəmiyyətini, sənətin digər növləri ilə əlaqəsini vurğulayıb. Onun fikrincə, belə müsabiqələr ədəbi bacarıqların inkişafına təkan verir və təkcə ədəbiyyatsevərləri deyil, musiqiçiləri də ruhlandırır. O, müsabiqənin səviyyəsinin xeyli yüksəldiyini və münsiflər heyətinin seçiminin çətin olduğunu qeyd edib.

IV Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək. Paytaxtımızın sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı - 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların “Gələcək bizik” konsertidir.

# 758 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

11:20 7 mart 2026
Azərbaycan kəlağayı sənəti Argentinada

Azərbaycan kəlağayı sənəti Argentinada

10:35 7 mart 2026
“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər